Рейтинг@Mail.ru

Kotirovka sorğusu ELAN EDİLİR!

  • 04 May 2017
  • Katiblik
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Hökumət Evinin 1-ci mərtəbəsində yerləşən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin istifadəsində olan iş otaqlarında yerinə yetiriləcək cari təmir işlərinin satın alınması üçün  kotirovka sorğusu ELAN EDİR.   Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 17 may 2017-ci il saat 18:00-dək İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda qəbul olunur.  Maraqlanan t...

Azərbaycanın ilk Könüllü Milli İcmalı hazırlanıb

  • 01 May 2017
  • Katiblik
Bu ilin iyul ayında BMT-nin Nyu-Yorkda yerləşən mənzil qərargahında baş tutacaq Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın ilk Könüllü Milli İcmalı hazırlanıb. İqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanın rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən təşkil olunmuş Könüllü Milli İcmalları təqdim edəcək ölkələr üçün regional konfransda, Dayanıqlı İnkişaf üzrə Regional Forumda və UNECE-nin 67-ci sessiyasın...

“Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans keçirilmişdir

  • 01 May 2017
  • Katiblik
Mayın 1-də Bakıda “Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans keçirilib. Tədbirdə çıxış edən Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bəşəriyyətin yüksək inkişaf mərhələsinə çatmasına baxmayaraq, çox ciddi probl...

Dayanıqlı inkişafla bağlı açıq dərs keçirilib

  • 10 Aprel 2017
  • Katiblik
Aprelin 10-da 132-134 saylı təhsil kompleksində “Dayanıqlı inkişaf məqsədləri-keyfiyyətli təhsil” mövzusunda açıq dərs keçirilib. Açıq dərsi Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai, təhsil nazirinin müavini Ceyhun Bayramov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət...

BTM-nin təşkilatçılığı ilə Regional Seminar və Forum keçirilmişdir

  • 05 Aprel 2017
  • Katiblik
28 və 29-31 mart tarixlərində Birləşmiş Millətlər Təşkilatı Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə könüllülük prinsipi əsasında 2017-ci il üzrə Milli Hesabatın Hazırlanmasına dair Regional Seminar və Davamlı İnkişaf üzrə Asiya-Sakit okean Forumunun 4-cü sessiyası keçirilmişdir.  Hər iki tədbirdə ölkəmizi İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, Azərb...

“Sosial Müdafiə Göstəriciləri və DİM-in Monitorinqi üzrə Potensialın Artırılması” mövzusunda seminar keçirilmişdir

  • 17 Mart 2017
  • Katiblik
14-15 mart tarixlərində Filippinin Respublikasının Manila şəhərində Asiya İnkişaf Bankının təşkilatçılığı ilə “Sosial Müdafiə Göstəriciləri və Dayanıqlı İnkişaf Məqsədlərinin Monitorinqi üzrə Potensialın Artırılması” mövzusunda seminar keçirilmişdir.2 gün davam edən seminarda “Sosial müdafiənin dayanıqlı inkişaf məqsədləri”, “Sosial müdafiə indikatorlarının xülasəsi”, “Ölkə təcrübəsinin öyrənilməsi – sosial müdafiə indikatorları üzrə monitorinq və sorğuların daxil e...

BMT Azərbaycanın DİM-in reallaşdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib

  • 16 Mart 2017
  • Katiblik
Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) reallaşdırılması üçün gördüyü işlər BMT tərəfindən yüksək qiymətləndirilib. Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bu fikirləri martın 16-da “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” adlı konfransda səsləndirib. Baş nazirin müavini deyib ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin ...

Azərbaycanın DİMƏŞ-nın İşçi Qruplarının iclası keçirilib

  • 08 Ferval 2017
  • Katiblik
Fevralın 8-də Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılmış iqtisadi inkişaf və layiqli məşğulluq, sosial, ekoloji məsələlər, monitorinq və qiymətləndirmə üzrə İşçi Qruplarının iclası keçirilib. Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Şuranın yaradılmasının Azərbaycan üçün əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, Azərbaycanın Birləşmiş Millətlər Təşki...

Ekoloji məsələlər üzrə bir vakant mütəxəssis vəzifəsinin tutulması ELAN EDİLİR

  • 24 Yanvar 2017
  • Katiblik
Ekoloji  məsələlər üzrə vakant vəzifənin tutulması üçün elanAzərbaycan Respublikasının DAYANIQLI İNKİŞAF üzrə MİLLİ ƏLAQƏLƏNDİRMƏ ŞURASININ KATİBLİYİNİNekoloji məsələlər üzrə vakant mütəxəssis vəzifəsinin tutulması üçün ELAN  Vəzifə: Ekoloji məsələlər üzrə 1 mütəxəssisMüddət: 1 il (artırılması mümkündür)Əmək haqqı: müsahibə əsasında bildiriləcəkdirİşə başlama tarixi: Mümkün qədər tezYerləşdiyi məkan: Bakı, Azərbaycan Azərbaycan Respublikasının vətəndaşları üçün    İŞİ...

Sosial-iqtisadi məsələlər üzrə iki vakant mütəxəssis vəzifəsinin tutulması ELAN EDİLİR

  • 24 Yanvar 2017
  • Katiblik
Sosial-iqtisadi məsələlər üzrə vakant vəzifələrin tutulması üçün elanAzərbaycan Respublikasının DAYANIQLI İNKİŞAF üzrə MİLLİ ƏLAQƏLƏNDİRMƏ ŞURASININ KATİBLİYİNİNsosial-iqtisadi məsələlər üzrə vakant mütəxəssis vəzifələrinin tutulması üçün ELAN Vəzifə: Sosial-iqtisadi məsələlər üzrə 2 mütəxəssis Müddət: 1 il (artırılması mümkündür)Əmək haqqı: müsahibə əsasında bildiriləcəkdirİşə başlama tarixi: Mümkün qədər tezYerləşdiyi məkan: Bakı, Azərbaycan Azərbaycan Respublikasını...