Рейтинг@Mail.ru

Ekoloji təmiz kənd təsərrüfatına dair 6-cı Beynəlxalq təlim keçirilmişdir

  • 04 Dekabr 2017
  • Press reliz
20-24 noyabr tarixlərində Türkiyə Respublikasının Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatı və Təlim Mərkəzinin (UTAEM) təşkilatçılığı ilə İzmir şəhərində “Ekoloji Təmiz Kənd Təsərrüfatı” mövzusunda 6-cı beynəlxalq təlim keçirilmişdir.  Təlimdə Azərbaycanla yanaşı, İran, Sudan, Pakistan, Mərakeş və Çexiyadan ümumilikdə 14 nəfər iştirakçı iştirak etmişdir.  5 gün davam edən təlimdə məqsəd ekoloji təmiz kənd təsərrüfatı...

Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübənin tətbiqi müzakirə edilmişdir

  • 01 Dekabr 2017
  • Press reliz
29-30 noyabr tarixlərində İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübə: Azərbaycanda tətbiqi imkanları” mövzusunda seminar keçirilib.  Bakı Biznes Tədris Mərkəzində keçirilən tədbirdə Avropa İttifaqının beynəlxalq ekspertləri, Polşanın Azərbaycandakı səfirliyinin, texnoparkların, ölkədə fəaliyyət göstərən biznes inkubatorla...

Kiçik və orta sahibkarlarla görüşlər keçirilmişdir

  • 27 Noyabr 2017
  • Press reliz
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” çərçivəsində verilmiş tapşırıqların icrası davam etdirilir.  Adı çəkilən Strateji Yol Xəritəsinin "4.2.2. Kiçik və orta sahibkarların əmək bazarı üzrə ehtiyaclarının öyrənilməsi və təkmilləşdirmələr aparılması" tədbirinin icras...

Ali təhsil müəssisələrinin inkişafında beynəlxalq və milli reytinqlərin rolu təhlil edilmişdir

  • 27 Noyabr 2017
  • Press reliz
“Azərbaycan müəllimi” qəzetinin 9 noyabr 2017-ci il tarixli sayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru Arzu Hüseynova və  Azərbaycan Respublikasının Təhsil İnstitutunun Ali təhsilin inkişafı şöbəsinin aparıcı mütəxəssisi Esmira Əhmədovanın birgə müəllifliyi ilə “Azərbaycanın ali təhsil müəssisələrinin inkişafında reytinqlərin rolu” sərlövhəli məqalə işıq üzü görmüşdür...

“İqtisadi artımda innovasiyaların rolunun alternativ qiymətləndirilməsi” mövzusunda beynəlxalq Konfrans keçirilmişdir

  • 13 Noyabr 2017
  • Press reliz
Noyabrın 13-də İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “İqtisadi artımda innovasiyaların rolunun alternativ qiymətləndirilməsi” mövzusunda konfrans keçirilib. Konfransda İqtisadiyyat Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutunun və Dövlət-Özəl Sektor Əməkdaşlıq Mərkəzinin əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İqtisadiyyat naziri...

Əməkdaşlıq memorandumu imzalanmışdır

  • 07 Noyabr 2017
  • Press reliz
Noyabrın 7-də “Schneider Electric” Şirkətinin Orta Asiya üzrə rəhbəri Emrah Tekdemir və qurumun enerji və infrastruktur üzrə rəhbəri Mirməhəmməd Səməndərzadə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda olmuşlar.  Görüşdə perspektiv əməkdaşlıq imkanlarına dair müzakirə aparılmış və əməkdaşlıq haqqında memorandum imzalanmışdır.   Ümumilikdə tərəflər enerji səmərəliliyi və qənaət üzrə innovativ texnologiyaların tətbiqi, baş ver...

Bakı Dövlət Universitetinin nümayəndələri ilə görüş keçirilmişdir

  • 07 Noyabr 2017
  • Press reliz
Noyabrın 7-də Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakultəsinin dekanı kimya elmləri doktoru, professor Nazim Şəmilov və kimya elmləri namizədi, dosent Qəzənfər Bayramov İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda olmuşlar.   Görüşdə hazırda Universitetdə tikilməkdə olan texnoloji-innovasiya mərkəzinin fəaliyyət proqramının, o cümlədən, tədrisin elmi-tədqiqatların bir-biri ilə və istehsalatla əlaqələndirilməsi, habelə, ...

“İqtisadi səmərəlilik: innovativ texnologiyalar və qənaətli istehsal” mövzusunda konfrans keçirilib

  • 20 Oktyabr 2017
  • Press reliz
Oktyabrın 20-də İqtisadi İslahatlar ElmiTədqiqat İnstitutunda “İqtisadi səmərəlilik: innovativ texnologiyalar və qənaətli istehsal” mövzusunda konfrans keçirilib.Konfransda İqtisadiyyat Nazirliyinin, aidiyyəti qurumların, ölkəmizdə fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri və elmi işçilər iştirak edib. İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu sənayeləşmə siyasəti nətic...

Əməkdaşlıq görüşü və təlim keçirilmişdir

  • 11 Oktyabr 2017
  • Press reliz
Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” təsdiq edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin 5.2.1. “KOS-un inkişafı üçün innovasiya infrastrukturunun təkmilləşdirilməsi” və 5.2.2. “Dövlət əhəmiyyətl...

II CAREC Beyin Mərkəzləri Forumu keçirilmişdir

  • 14 Sentyabr 2017
  • Press reliz
   Sentyabrın 7-8-də Çin Xalq Respublikasının Urumçi şəhərində Asiya İnkişaf Bankının (ADB) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu (CI) birgə təşkilatçılığı ilə İkinci CAREC Beyin Mərkəzlərinin İnkişaf Forumu keçirilmişdir.     “Regional Əməkdaşlıq və İnteqrasiya üçün biliyə əsaslanan həllərin öyrənilməsi” mövzusunda müzakirlərə həsr olunan Forumda CAREC Proqramı üzv ölkələri Əfqanıstan, Pakistan, Çin Xalq Respublikası, Gürcüstan, Qazaxıstan, ...