Рейтинг@Mail.ru

CAREC İnstitutunun İdarəetmə Şurasının 5-ci iclası keçirilmişdir

8-9 dekabr tarixlərində Çin Xalq Respublikasının Şenjen şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun İdarəetmə Şurasının 5-ci iclası keçirilmişdir.  Şenjen Universitetində təşkil edilən tədbirdə Asiya İnkişaf Bankı və CAREC İnstitutu ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tajikistan, Türkmənistan və Özbəkistandan nümayəndələr iştirak etmişlər. İqtisadiyyat Nazirliyi İqtisadi İslahatla...

“Regionların sosial-iqtisadi inkişafı: üzüm və fındıq istehsalı” mövzusunda Dəyirmi masa keçirilmişdir

Dekabrın 9-da “Regionların sosial-iqtisadi inkişafı: üzüm və fındıq istehsalı” mövzusunda Dəyirmi masa keçirilmişdir.  İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Kənd Təsəsrrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat və Torpaqşünaslıq və Aqrokimya inst...

2016/2017-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul ELAN EDİR

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi  İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu  2016/2017-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul  ELAN EDİR      Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli, 601s nömrəli Sərəncamı ilə təsdiq olunmuş Plana əsasən, 2016/2017-ci tədris ili üçün “İqtisad elmləri” elm sahəsinə ...

İqtisadiyyata dair maraqlı faktlar və nümunələr

“Üçlü Spiral” anlayışı  Universitet (Elm) – sənaye – dövlət əməkdaşlığını xarakterizə edən “Üçlü Spiral” anlayışı 1990-cı illərdə Henri Etskauits (1993) tərəfindən daxil edilmişdir.   Bu anlayış sənaye cəmiyyətindəki sənaye-dövlət hökmran anlayışından böyüməkdə olan bilik cəmiyyətindəki universitet (elm)-sənaye-dövlət üçlü əməkdaşlığına keçidi xarakterizə edir.     Sahibkarlıq Universiteti isə “Üçlü Spiral” modelinin mərkəzi anlayış...

Üzümçülük istehsalının cari vəziyyəti öyrənilmişdir

Azərbaycan Respublikası Prezidentinin sədirliyi ilə Nazirlər Kabinetinin 2016-cı il 7 oktyabr tarixində keçirilmiş iclasında verilmiş tapşırıqların icrası barədə iqtisadiyyat nazirinin 2016-cı il 12 oktyabr tarixli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının icrası davam etdirilir. Tədbirlər planının 16-cı bəndini rəhbər tutaraq “Üzümçülüyün şərabçılıqla əlaqələndirilməsi, yeni üzüm bağlarının salınmasına dövlət dəstəyinin daha da gücləndirilməsinə dair təkliflərin ha...

İnstitutun əməkdaşları Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında ezamiyyədə olmuşlar

Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 10 iyul tarixində keçirilmiş iclasında verilmiş tapşırıqların icrasına dair iqtisadiyyat nazirinin 2016-cı il 21 iyul tarixli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının icrası davam etdirilir. Tədbirlər Planının 9-cu “Ölkənin müxtəlif bölgələrində fındıq istehsalı ilə bağlı araşdırmaların aparılması, bu sahəyə dövlət dəstəyinin davam etdirilməsi və fındıqçılığın inkişafına dair təkli...

Dövlət Proqramının icrasına dair müzakirə keçirilmişdir

Oktyabrın 27-də İqtisadiyyat Nazirliyində “Elm və sənaye: səmərəli əməkdaşlıq imkanları” mövzusunda müzakirə keçirilmişdir. İqtisadiyyat nazirinin müavini xanım Sevinc Həsənovanın rəhbərliyilə keçirilən müzakirədə İqtisadiyyat Nazirliyinin və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları iştirak etmişlər.Tədbirdə məqsəd “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan R...

BI Norveç Biznes Məktəbi doktoranturada təhsil təqaüdləri ELAN EDİR!

Bİ Norveç Biznes Məktəbi hal-hazırda tam zamanlı doktoranturada təhsil təqaüdləri elan edir!  Təhsil təqaüdü dörd illikdir və illik həcmi 448.000 Norveç kronudur (təqribi qiymətlərlə 48.300 Avro).  Bİ Norveç Biznes Məktəbində İqtisadiyyat, Maliyyə, Marketinq, Strateji İdarəetmə və Təşkilat, İnnovasiya və Sahibkarlıq kimi 6 müxtəlif ixtisas üzrə doktoranturada təhsil aparılır ki, hazırkı elan onlardan Marketinq, Strategiya və Liderlik və Təşkilat istiqamətlər...

Azərbaycan Respublikasının DİMƏŞ-in iclası keçirilib

Oktyabrın 19-da Nazirlər Kabinetində Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib. Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov son illər ölkəmizin bütün sahələrdə qazandığı uğurlardan danışıb, ölkə iqtisadiyyatının sistemli, dinamik və tarazlı inkişafını xarakterizə edən mühüm göstəricilərin vətəndaşlarımızın...

İqtisadiyyata dair maraqlı faktlar və nümunələr

Alfred Nobel xatirəsinə İqtisadiyyat Mükafatı  Alfred Nobel öz vəsiyyətində iqtisad elmləri üzrə nailiyyətlərə görə Mükafat verilməsini lazım bilməmişdir. İqtisadiyyat üzrə Nobel Mükafatının verilməsinin əsası İsveç Bankı tərəfindən 1968-ci ildə qoyulmuşdur.  Ragnar Friş və Jan Tinbergen iqtisadi proseslərin təhlili üçün dinamik modellərin işlənilməsi və tətbiqinə görə 1969-cu ildə İqtisadiyyat üzrə Mükafata ilk layiq görülənlərdir.  2015-ci ilin son...