Рейтинг@Mail.ru

Məlumat

İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Elmi-Texniki Kitabxanasına aprel ayında yeni ədəbiyyatlar daxil olmuşdur.   Yeni ədəbiyyatların siyahısı ilə tanış olmaq üçün internet səhifəmizin «Kitabxana» bölməsinə daxil ola və yaxud aşağıdakı əlaqə vasitələrilə məlumat əldə edə bilərsiniz.   Ətraflı məlumat almaq üçün əlaqələndirici şəxs: Kitabxananın şöbə müdiri Sayalı Abbasəliyeva  Tel.: (+99412) 431-57-95 ...

“Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı” adlı kitabın təqdimat mərasimi keçirilmişdir

Aprelin 7-də İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun və Türk Koordinasiya və Əməkdaşlıq Agentliyinin (TİKA) Bakı Proqram Koordinatorluğunun birgə təşkilatçılığı ilə şagirdlər üçün “Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı” adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Avropa Azərbaycan Məktəbində keçirilən tədbirdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, TİKA Bakı Proqram Koordinatorluğunun əməkdaşları...

“I Beynəlxalq Türk Dünyası Araşdırmaları” mövzusunda simpozium keçirilmişdir

18-21 mart 2014-cü il tarixlərində Türkiyənin Niğdə şəhərində “I Beynəlxalq Türk Dünyası Araşdırmaları” mövzusunda simpozium keçirilmişdir.   Tədbirdə türkdilli dövlətlərin nümayəndələri ilə yanaşı, ABŞ, Almaniya, İtaliya, Çin, Yaponiya, Rusiya, Monqolustan, Ukrayna, İran, Əfqanıstan və s. ölkələrdən olan tədqiqatçılar da iştirak etmişlər.   Simpoziuma Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət Pedaqoji, Bakı S...

Məqalələrin qəbulu elan edilir

16-17 sentyabr 2014-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində İslam İnkişaf Bankının (IDB), İslami Tədqiqatlar və Təlim İnstitutunun (IRTI), Türkiyənin Mərkəzi Bankının birgə təşkilatçılığı ilə “İslam Bankçılığı və Maliyyələşdirilməsi: Risklərin İdarəolunması, Nizamlanması və Nəzarətdə Saxlanması (Islamic Banking and Finance: Risk Management, Regulation and Supervision)” mövzusunda 6-cı Beynəlxalq Konfrans keçiriləcəkdir.   Konfransda iştirak etmək istəy...

“Azərbaycan son 20 ildə” mövzusunda seminar-təqdimat keçirilmişdir

Martın 20-də  Hindistanın Heydərabad şəhərində Xarici Dillər Universitetinin tələbələri üçün İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycan son 20 ildə” mövzusunda seminar-təqdimat keçirilmişdir.  İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Tədris və koordinasiya şöbəsinin müdiri Aynurə İsmayılovanın məruzəsi ilə keçirilən seminarda ötən əsrin sonunda dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın son 2...

Elan

21-25 aprel 2014-cü il tarixlərində Belçikada yerləşən “EcoMod Network” Şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nümayəndələri üçün ”GAMS” proqram paketi vasitəsilə praktiki ÜTM modelləşdirməsi” (“Practical CGE Modeling with GAMS”) mövzusunda təlim və 26 aprel 2014-cü il tarixində isə İƏT-in “İqtisadiyyat” jurnalının Redaksiya Heyətinin 2-ci iclası keçiriləcəkdir.   Tədbirlərin təşkil edilməsinə məsul təşkila...

“Sənayedə brendləşmə” mövzusunda seminar keçirilmişdir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2014-cü il ölkəmizdə “Sənaye ili” elan edilmişdir. Bununla bağlı Bakıda və regionlarda il ərzində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.   Martın 12-də İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “Sənayedə brendləşmə” mövzusunda seminar keçirilmişdir.   Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin...

Ümumdünya Ticarət Təşkilatı “Gənc iqtisadçılar üçün inşa müsabiqəsi” elan edib

Ticarət siyasəti və beynəlxalq ticarət üzrə yüksək keyfiyyətli tədqiqat işlərinin təşviq edilməsi məqsədilə Ümumdünya Ticarət Təşkilatı tərəfindən “Gənc iqtisadçılar üçün inşa müsabiqəsi” elan edilmişdir.   Müsabiqədə doktorantura (PhD) pilləsini bitirmiş və ya bitirmək üzrə olan namizədlər iştirak edə bilərlər. Göstərilən tələblərə uyğun gələn namizədlər ən çoxu 15000 sözdən ibarət olan tədqiqat işlərini, tərcümeyi-hal (CV) ilə birlikdə 1 iyun 2014-cü il tarix...

Regional Planlaşdırma Şurasının 24-cü iclası keçirilmişdir

23-26 fevral tarixlərində İran İslam Respublikasının Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Regional Planlaşdırma Şurasının 24-cü iclası keçirilmişdir. Tədbirdə İƏT-ə üzv ölkələrin nümayəndələri ilə yanaşı, Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinin, İqtisadiyyat və Sənaye, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin nümayəndələri, eləcə də İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunu...

Elan

Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Beynəlxalq Kənd Təsərrüfatı Təlim və Tədqiqat Mərkəzi tərəfindən 2014-cü ildə keçiriləcək beynəlxalq təlimlərin siyahısı təqdim edilmişdir.   Təlimlərdə iştirak etmək istəyənlər iştiraka dair tələblərlə tanış olmaq üçün ingilis dilində məlumat vərqəsini yükləməli və müvafiq əlaqələndiricilərlə əlaqə saxlamalıdırlar. İştirakçıların qalma, qidalanma və hava limanından transfer xərcləri Mərkəz tərəfindən təmin edilir....