Рейтинг@Mail.ru

20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

20 Yanvar – Ümummilli hüzn günü ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və İstehlak Mallarının Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirakı ilə şəhidlərin xatirəsinin anım mərasimi keçirilmişdir.   Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.   Mə...

Məlumat

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Təqdqiqat İnstitutunun Elmi-Texniki Kitabxanasına yeni ədəbiyyatlar daxil olmuşdur.  Yeni ədəbiyyatların siyahısı ilə tanış olmaq üçün internet səhifəmizin «Kitabxana» bölməsinə daxil ola və yaxud aşağıdakı əlaqə vasitələrilə məlumat əldə edə bilərsiniz.  Ətraflı məlumat almaq üçün əlaqələndirici şəxs:Kitabxananın şöbə müdiri Sayalı Abbasəliyeva Tel.: (+99412) 431-57-95 (dax. 3902)Email: abbaseliyeva_say@mail.ru...

Beynəlxalq təlim proqramı davam edir

Yanvarın 3-dən etibarən Hindistan İqtisadi Texniki Əməkdaşlıq Proqramı (ITEC) çərçivəsində 46-cı Beynəlxalq Təlim Proqramı öz işinə başlamışdır.   Hindistanın Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən təlim proqramında bu il Azərbaycan, Türkiyə, Latviya, Litva, Belarus, Əfqanıstan və bir sıra Afrika vэ Cənubi Amerika ölkələrindən 70-dən çox dövlət qurumundan nümayəndələr iştirak edir.   Hindistanın Hydarabad şəhərində təşkil...

Təlimçilər üçün təlim keçirilmişdir

26-29 dekabr tarixlərində Türkiyənin Ankara şəhərində “Təlimçilər üçün təlim” mövzusunda təlim keçirilmişdir.  Təlimdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Makroiqtisadi tədqiqatlar şöbəsinin müdiri Mətanət Rəsulova və baş mütəxəssis Elnur Ələkbərov iştirak etmişlər.  4 gün davam edən təlimdə hədəf qrupunun seçilməsi, təlim-layihə proqramının hazırlanması, təlim iştirakçılarının seçilməsi, və Avropa Birliyi layihələrində maliyyələşmə üçün ...

İqtisadi Əməkdaşlıq Təşkilatı ilə elmi-tədqiqatların aparılması istiqamətində əməkdaşlıq gücləndirilir

Ekoloji təmiz kənd təsərrüfatının inkişaf perspektivlərinin öyrənilməsi üçün İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu (İİETİ) tərəfindən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə tədqiqat aparılmış və bu sahədə Türkiyə təcrübəsi öyrənilmişdir. Nəticədə İnstitut tərəfindən 2012-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) layihə təklifi təqdim edilmişdir.   Bu günlərdə nəticələr açıqlanmış və İİETİ-nin layihəsi qaliblər sırasına d...

Ölkə regionlarının kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmasına dair dəyirmi masa keçirilmişdir

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı aqrar sahə üzrə rayonların ixtisaslaşmasına dair İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırıq vermişdir.Bu tapşırığın icrası istiqamətində görülmüş işlərə dair dekabrın 24-də İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “Azərbaycan Respublikasının iqtisadi və inzibati rayonlarının kənd ...

"Aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətinin artırılması" mövzusunda tədbir keçirilmişdir

Dekabrın 10-da Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətinin artırılması" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə regionda sahibkarlığın inkişafı, ixrac imkanlarının genişləndirilməsi, sahibkarlığın məsləhət və informasiya təminatının gücləndirilməsi...

“Müasir cəmiyyətin inkişafının iqtisadi-hüquqi paradiqması” mövzusunda II Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir

Dekabrın 6-da Ukraynanın Donetsk Milli Texniki Universitetinin (DMTU) təşkilatçılığı ilə Donetsk şəhərində “Müasir cəmiyyətin inkişafının iqtisadi-hüquqi paradiqması” mövzusunda II Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Makroiqtisadi tədqiqatlar şöbəsinin müdiri Mətanət Rəsulova və baş elmi işçi Samirə Abbasova iştirak etmişlər. Konfransda iqtisadiyyat, hüquq və dəniz nəqliyyatının menecmenti istiq...

“Qara Dəniz hövzəsi 2007-2013-cü illərdə: əldə olunmuş təcrübələr və perspektivlər” mövzusunda konfrans keçirilmişdir

Dekabrın 5-də Türkiyənin İstanbul şəhərində Qara Dəniz hövzəsində Əməkdaşlıq Proqramı çərçivəsində “Qara Dəniz hövzəsi 2007-2013-cü illərdə: əldə olunmuş təcrübələr və perspektivlər” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Azərbaycandan və digər ölkələrdən olan nümayəndələrlə yanaşı, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Tədris və koordinasiya şöbəsinin müdiri Aynurə İsmayılova da iştirak etmişdir.  Konfransın “Qara Dəniz hövzəsi 2007-2013-cü ...

“OpRisk Türkiyə 2013” mövzusunda II Beynəlxalq Konfrans keçirilmişdir

2-3 dekabr tarixlərində Türkiyənin İstanbul şəhərində “OpRisk Türkiyə 2013” mövzusunda II Beynəlxalq Konfrans keçirilmişdir. Tədbirdə digər ölkələrdən olan nümayəndələrlə yanaşı, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutun Davamlı inkişaf problemləri şöbəsinin müdiri Fərhad Mikayılov və Statistika və analitik təhlil şöbəsinin müdiri Emil Qasımov da iştirak etmişdir.   2 gün davam edən tədbirdə Bazel anlaşması çərçivəsində əməli risklər və ICAAP (Internal ...