Рейтинг@Mail.ru

14-15 noyabr 2013-cü il tarixlərində Ufa şəhərində beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir

Başqırdıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi və İdarəetmə Başqırd Akademiyasının Elmi-Tədqiqat Mərkəzinin yaranmasının 20 illiyi münasibətilə 14-15 noyabr 2013-cü il tarixlərində Ufa şəhərində “Müasir dünyada bələdiyyə: müasir zamanın çağırışlarına cavablar” («муниципальная власть В СОВРЕМЕННОМ МИРЕ: поиск ответов на вызовы ВРЕМЕНИ») mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.     Konfransda iştirak ödənişli...

Türkiyənin Sabancı Universitetinin nümayəndələri ilə görüş keçirilmişdir

Sentyabrın 13-də İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Türkiyənin Sabancı Universitetinin nümayənədləri ilə görüş keçirilmişdir. Görüşdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir.   Qeyd edək ki, Sabancı Universitetinin nümayənədləri sentyabrın 10-dan etibarən Bakıda səfərdədir. Səfərin məqsədi təlimlər yolu ilə inkişaf imkanları, marketinq, liderlik, sahibkarlığın inkişafına dəstək təlimləri, məslə...

"Makroiqtisadi menecment və vergi siyasəti" mövzusunda kurs keçirilmişdir

26 avqust–6 sentyabr tarixlərində Beynəlxalq Maliyyə Fondu və Birləşmiş Vyana İnstitutunun birgə təşkilatçılığı ilə Avstriyanın Vyana şəhərində "Makroiqtisadi menecment və vergi siyasəti" mövzusunda kurs keçirilmişdir. Təlimdə İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Makroiqtisadi tədqiqatlar şöbəsinin müdiri Mətanət Rəsulova iştirak etmişdir.   Makroiqtisadi idarəetmə və fiskal siyasət sahəsində biliklərin təkmilləşdirilməsi mə...

Əməkdaşımız təcrübə proqramında iştirak edir

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Sahibkarlıq və regional inkişaf problemləri şöbəsinin aparıcı elmi işçisi Sahib Kazımov “ALRAKIS II” proqramı çərçivəsində Tallinn Universitetinin İnformasiya Elmləri İnstitutunda 1 aylıq akademik təcrübə proqramında iştirak edir. 1-30 sentyabr tarixlərində Tallinn şəhərində keçiriləcək təcrübə proqramına professor Sirje Virkus rəhbərlik edəcəkdir.  İştirakçılara Avropa Birliyinə ...

“EcoMod Network” Şirkətinin və “AzMod”un nümayəndələri ilə görüş keçirilmişdir

Sentyabrın 9-da İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “EcoMod Network” Şirkətinin nümayəndələri və “AzMod” Ümumitarazlıq Modelinin ekspertləri ilə görüş keçirilmişdir.   Görüşdə 5-6 sentyabr tarixlərində Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 1-ci Bakı Forumu və “Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda I Beynəlxalq Konfransının nəticələri...

İƏT üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu keçirilmişdir

Sentyabrın 5-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) və "EcoMod Networking" şirkətinin birgə təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu öz işinə başlamışdır. Tədbirdə İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri, dünyanın müxtəlif ölkələrindən olan elm adamları iştirak etmişlər. Forumun ...

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu keçiriləcək

Sentyabrın 5-də İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu öz işinə başlayacaq. Tədbirdə iştirak etmək məqsədilə İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri, dünyanın müxtəlif ölkələrindən olan elm adamları Bakıda səfərdədir.   Forum çərçivəsində bu gün İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin nümayəndələrinin işçi görüşü keçirilmişdir. Görüşdə elmi tədqiqatlar üzrə əməkdaşlıq istiq...

Xaçmazda "Quba-Xaçmaz iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər" mövzusunda tədbir keçirilmişdir

İyulun 31-də Xaçmaz rayonunda "Quba-Xaçmaz iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər" mövzusunda tədbir keçirilmişdir. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilmiş tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri və Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyy...

İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 3-cü iclası keçiriləcək

20-21 avqust tarixlərində Qırğızıstanın İssık-Kul vilayətində  Qırğızıstan İqtisadiyyat Universitetinin təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 3-ci iclası keçiriləcək.   İclasda İƏT-ə üzv ölkələrdə aparılan iqtisadi tədqiqatların və hazırda icrası davam edən layihələr üzrə hesabatlar dinləniləcək, yeni layihə təklifləri müzakirə olunacaqdır. İclasda həmçinin, protokol qayd...

“İqtisadi Modelləşdirmə - EcoMod 2013” mövzusunda konfrans keçirilmişdir

1-3 iyul tarixlərində EcoMod Networking və Çexiyanın Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə Praqada “İqtisadi Modelləşdirmə - EcoMod 2013”  mövzusunda 13-cü Beynəlxalq  konfrans keçirilmişdir. 3 gün davam edən konfransda 57 ölkədən 178-ə yaxın nümayəndə iştirak etmişdir.   Tədbirdə “Xərc–Buraxılış Modelləri” alt seksiyasına sədrlik edən İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev  “Müxtə...