Рейтинг@Mail.ru

Sahibkarların və maraqlananların nəzərinə!

Belarus Milli Elmlər Akademiyasının“TOP-100 Texnoloji Yeniliklər” Kataloqu çapdan çıxmışdır Belarus Milli Elmlər Akademiyasının "Belarus Milli Elmlər Akademiyasının təşkilatlarının TOP-100 elmi nəticələri və texnoloji yenilikləri" adlı məlumat kataloqu çapdan çıxmışdır.                                              Sözügedən nəşrdə Belarus Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən təşkilatların elmi, elmi-texniki nəticələri və texnoloji yenilikləri ha...

Hindistanlı tədqiqatçılarla görüş keçirilib

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Hindistanın Yeni Manqalor Limanının rəisi Pravin Kumar və Kolkata Limanının tədqiqat üzrə direktor müavini Salma Çaudri ilə görüş keçirilib.  Görüşdə qonaqlara İnstitutun fəaliyyəti, ölkəmizdə qeyri-neft sektorunun, habelə, kiçik və orta sahibkarlığın inkişafı, sənayeləşmə və s. haqqında məlumat verilib, onların sualları cavablandırılıb. Qeyd edək ki, “Qonaq elmi işçilərin mübadiləsi proqramı” ...

2018-2019-cu tədris ili üçün doktorantura və dissertanturaya qəbul ELAN EDİLİR

        Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli, 774 s nömrəli Sərəncamı ilə təsdiq olunmuş Plana əsasən, 2018/2019-cu tədris ili üçün iqtisad elmlərinə aid ixtisaslar üzrə doktorantura və dissertanturaya qəbul elan edir. Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:      ...

Xidmət sahələri üzrə təkliflər bazası yaradılmışdır

27 noyabr 2018-ci il tarixində İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı üçün innovasiya infrastrukturunun təkmilləşdirilməsi tədbirlərinin icrası istiqamətində seminar keçirilib. Seminarda iqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev b...

İİETİ və İKTLAB birgə əməkdaşlıq imkanlarını genişləndiri

15 noyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində (İKTLAB) mərkəzin və İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun (İİETİ) nümayəndələri arasında görüş keçirilib. Görüş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” çərçivəsində kiçik və orta sahibk...

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda seminar keçirilib

16 noyabr 2018-ci il tarixində İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda aparıcı təşkilat olaraq adı çəkilən qrumda dissertant İmran Sana Munir Ahmadın “Milli kimliyin formalaşdırılmasında brendlərin rolu” mövzusunda dissertasiya işinin seminarı keçirilib. Dissertasiya işi üzrə məruzədə Pakistanla Azərbaycan arasındakı müxtəlif sahələrdə sıx əməkdaşlıqdan məmnunluq vurğulanıb. Seminarda İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direk...

FULBRAYT TƏDQİQAT TƏQAÜD PROQRAMI ELAN EDİR!

 Fulbrayt Tədqiqat Təqaüd Proqramı gənc tədqiqatçı və alimlər üçün Amerika Birləşmiş Ştatlarında birgə tədqiqatların aparılması, elmi-tədqiqat institutları ilə əməkdaşlığın qurulması və mübadilə yolu ilə həyata keçirilir. Proqramda iştirak edənlər elmi dərəcə almırlar. Ümumilikdə tədqiqat təkliflərinin icra planı 3 aydan az, 6 aydan çox olmamalıdır. Bu günədək 100-dən çox ölkədən 850-dən çox tədqiqatçı proqramda iştirak edib. Fulbrayt  tədqiqat  təqaüd  proqramına na...

“GIST TEXNOLOJİ İDEYA 2019” MÜSABİQƏSİ ELAN OLUNUR!

Müsabiqə haqqında “GIST Tech-I” dünyada inkişaf etməkdə olan iqtisadiyyatların elm və texnologiyalar üzrə fəaliyyət göstərən sahibkarlarının iştirakı ilə keçirilən ənənəvi müsabiqədir. Müsabiqənin qaydalarına əsasən, “Start-up”lar innovativ ideyalarını “onlayn” şəkildə təqdim edirlər. İlkin mərhələdən keçən təkliflər ictimai səsvermə yolu ilə seçilir. 2019-cu ildə təşkil edilməsi nəzərə tutulan müsabiqədə 24 təklifin seçilməsi nəzərdə tutulur. Qaliblər öz təkliflərini...

Ukrayna Təhsil və Elm Nazirliyi, Ukrayna Elmi-Texniki Ekspertiza və İnformasiya İnstitutu, Ukrayna Elm və Mühəndislər Assosiasiyaları Birliyi Sizi, elmi-praktik seminara DƏVƏT EDİR!

Ukrayna Təhsil və Elm Nazirliyi, Ukrayna Elmi-Texniki Ekspertiza və İnformasiya İnstitutu, Ukrayna Elm və Mühəndislər Assosiasiyaları Birliyi  “YENİ TENDENSİYALAR VƏ GƏLƏCƏK İNSANI FORMALAŞDIRAN AMİLLƏR”mövzusunda elmi-praktik seminara DƏVƏT EDİR!(4 dekabr 2018, Kiyev) Ukraynanın və digər ölkələrin hökumət orqanlarının nümayəndələri, təhsil işçiləri, media, elmi qurumların nümayəndələri və bütün maraqlı tərəflər seminarda iştirak edə bilərlər. Seminar təhsil sistemində ...

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu ICSTI ilə əməkdaşlığı genişləndirir

 İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Belarusun Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzi (ICSTI) ilə əməkdaşlıq çərçivəsində ölkəmizdəki texnologiyaların təşviqinin genişləndirilməsi istiqamətində iş aparır.Belə ki, ISCTI ilə əməkdaşlıq çərçivəsində sahibkarlar və maraqlı tərəflərin, xarici bazalara çıxış əldə etmək istəyən fiziki və hüquqi şəxslərin təklif etdikləri layihələr haqqında məlumatlar toplanır. Sonrakı mərhələdə İqtisad...