Рейтинг@Mail.ru

Şəmkirdə "Üzümçülüyün inkişafı və üzüm emalına dəstək" mövzusunda tədbir keçirilmişdir

Martın 7-də Şəmkirdə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Üzümçülüyün inkişafı və üzüm emalına dəstək" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə-Qazax iqtisadi rayonuna daxil olanşəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 100-dən çox sahibkar iştirak etmişdir. &...

Neftçalada regional Dövlət Proqramı çərçivəsində görülmüş işlərə həsr olunmuş tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə - sənayeləşmə siyasəti, kənd təsərrüfatının intensiv inkişafının təmin edilməsi, aqrar sahədə yeni texnologiyaların tətbiqi, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilm...

Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirilib

Fevralın 26-da İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Əvvəlcə Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edən İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Ermənistan tərəfindən ölkəmizə və x...

Elan

Martın 2-dən iyunun 1-dək İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda I və II kurslarda təhsil alan doktorant və dissertantlar üçün dərslər başlayacaq.   Dərslər hər həftənin şənbə günləri saat 10:00-dan etibarən təşkil olunacaq. Maraqlananlar da iştirak edə bilərlər.   Dərslərdə iqtisadiyyatın müxtəlif sahələri üzrə alim və mütəxəssislərin məruzələri təşkil ediləcək.   İqtisadi İnkişaf Nazirliyinin ...

Seminar keçirilmişdir

“Orta Doğu Texniki Universitetinin texnopark modelləri təcrübəsinin analizi və texnoparkların Azərbaycan iqtisadiyyatına təsirlərinin qiymətləndirilməsi” mövzusunda seminar keçirilmişdir.   Fevralın 21-də İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “Orta Doğu Texniki Universitetinin texnopark modeli təcrübəsinin analizi və texnoparkların Azərbaycan iqtisadiyyatına təsirlərinin qiymətləndirilməsi” mövzusunda seminar keçirilmişdi...

Elan

Fevralın 21-də saat 10:00-da İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “Orta Doğu Texniki Universitetinin texnopark modeli təcrübəsinin analizi və texnoparkların Azərbaycan iqtisadiyyatına təsirlərinin qiymətləndirilməsi” mövzusunda seminar keçiriləcəkdir. Məruzəçi Türkiyənin Yalova Universitetinin əməkdaşı Yəhya Özdəmirdir.   Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların nümayənd...

Əməkdaşımız beynəlxalq tədbirdə iştirak edib

13-16 fevral tarixlərində Almaniyanın Nürnberq şəhərində ekoloji təmiz kənd təsərrüfatı məhsullarının nümayişinə həsr olunmuş "Biofach-2013" sərgisi keçirilmişdir. 23-cü dəfədir ki, keçirilən sərgidəmüxtəlif ölkələrdən dövlət və özəl qurumların, ekoloji təmiz məhsul istehsalçıları, həmçinin beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.Son illərdə olduğu kimi, bu il də ölkəmiz İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə...

“Biznes Meyli Sorğuları” mövzusunda təqdimat keçirilmişdir

Fevralın 7-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Bakı nümayəndləyinin təşkilatşılığı ilə “Biznes Meyli Sorğuları” mövzusunda təqdimat keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşları və doktorantları iştirak etmişlər.Tədqimatda Ukraynanın İqtisadi Tədqiqatlar və Siyasi Məsləhətlər İnstitutun icraçı direktoru xanım Oksana Kuziakiv Biznes Meyli Sorğuların əsas anlayışları, metodologiyası və ...

“Qlobal böhran: dünəni və bu günü” mövzusunda seminar keçirilib

Yanvarın 25-də İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda növbəti seminar keçirilmişdir.   Tədbirdə İnstitutun əməkdaşları və doktorantları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akdemiyasının İqtisadiyyat İnstitutunun da nümayəndələri iştirak etmişlər.   Seminarı giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycanın qazandığı iqtisadi uğurları barədə məlumat verm...

“Türkiyənin inkişaf təcrübəsindən” mövzusunda növbəti seminar keçirildi

Yanvarın 22-də İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “Türkiyənin inkişaf təcrübəsindən” mövzusunda seminar keçirilmişdir. Tədbirdə İnstitutun əməkdaşları və doktorantları ilə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumlarının nümayəndələri iştirak etmişlər.   Seminarı giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycanda uğurla həyat...