Рейтинг@Mail.ru

Qənaətli istehsal üsullarına dair təlim keçirilib

31 oktyabr 2018-ci il tarixində İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “Qənaətli istehsal üsulları: resurs səmərəliliyi və auditi” mövzusunda təlimlərə başlayıb.Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına uyğun olaraq təşkil edilir.“Schneider Electric” Şirkətinin mütəxəssisi Enes Akgünün məruzəsi...

Əməkdaşımız Dayanıqlı İnkişaf Məqsədi üzrə “Gənc Səfir” seçilib

25 oktyabr tarixində Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda Dayanıqlı İnkişafa dair Bakı Forumu çərçivəsində “Gənc Səfir”lərin təqdimatı keçirilmişdir. İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş mütəxəssisi Gövhər Vəliyeva on beşinci Dayanıqlı İnkişaf Məqsədi üzrə “Gənc Səfir” seçilmişdir, o, növbəti 2 il ərzində “Torpaq ekosisteminin mühafizəsi” məqsədi üzrə fəa...

Sahəvi regional əməkdaşlıq imkanları mütəxəssis baxışı ilə

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, III Avrasiya Beynəlxalq Konfransının Təşkilat Komitəsinin sədri, İAEE-nin regional məsələlər üzrə vitse-prezidenti i.e.d., professor Vilayət VƏLİYEVİN müsahibəsi “Respublika” qəzetinin 17 oktyabr 2018-ci il tarixli 232 (6265) saylı nömrəsində işıq üzü görmüşdür.  Müsabihədə “Xəzər və Mərkəzi Asiya regionunda enerji sektorunda qlobal dəyişikliklərin təsiri” mövzusu...

İqtisadiyyat Nazirliyinin əməkdaşı Beynəlxalq Müsabiqənin qalibi olub

İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş mütəxəssisi Gövhər Vəliyeva Almaniyanın Federal Təhsil və Tədqiqat Nazirliyinin təşəbbüsü ilə keçirilən "Yaşıl İstedadlar 2018" (Green Talents 2018) Beynəlxalq Müsabiqəsinin qalibi seçilib. 2009-cu ildən etibarən keçirilən və bu il ölkəmizdən 15 nəfərin müraciət etdiyi müsabiqədə G.Vəliyeva “Alternativ enerji mənbələri və enerjidən səmərəli istifadə” mövzusunda tədqiqat təklifi üzrə qalib elan...

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu direktor müavini seçilməsi üçün vakansiya ELAN EDİR!

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutudirektor müavini seçilməsi üçün vakansiya ELAN EDİR!  Çin Xalq Respublikasının Urumçi şəhərində yerləşən CAREC İnstitutu vakant direktor müavini vəzifəsinə müraciətlərin qəbulunu elan edir.Namizədlər öz bioqrafiyalarını (CV), müvafiq müraciət məktubu və ali təhsilə dair diplomlarının notarial təsdiqi ilə birlikdə 31 oktyabr 2018-ci il tarixinədək (Pekin vaxtıilə saat 19:00-dək) xanım Nanaya (carecinstitute@163...

Sahibkarların və maraqlananların nəzərinə!

SAHİBKARLARIN VƏ MARAQLANANLARIN NƏZƏRİNƏ! İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına” dair strateji yol xəritəsi ilə müəyyən edilmiş tədbirlərin icrasının həyata keçirilməsi davam edir.  Elmi və Texniki İnformasiya Beynəlxalq Mərkəzi (ISCT...

Bursa Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisinə Asiya və Avrasiya ölkələri böyük maraq göstərib

9-13 oktyabr tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində keçirilən Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisində Azərbaycan da daxil olmaqla 60-a yaxın ölkədən 260 mindən çox ziyarətçi iştirak edib. Sərgidə  kənd təsərrüfatı sahəsində ən son texnologiyalar, o cümlədən traktorlar, suvarma sistemləri, heyvandarlıq avadanlıqları, toxumlar, bitki istehsalı, gübrələnmə üsulları, kənd təsərrüfatı mexanizmləri və s. nümayiş olunub. 5 gün davam edən sərgidə ölkə və bö...

Bakıda 3-cü Avrasiya Beynəlxalq Konfransı keçiriləcək

18-20 oktyabr tarixlərində Bakı Ali Neft Məktəbində “Xəzər və Mərkəzi Asiya Regionunda Enerji Sektorunda Qlobal Dəyişikliklərin Təsiri” mövzusunda 3-cü Avrasiya Beynəlxalq Konfransı təşkil ediləcək. Konfrans Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyasının (IAEE) təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat və Energetika nazirlikləri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), Bakı Ali Neft Məktəbinin, Sumqayıt Kimya Sənaye Parkının, “bp”,  “Schneide...

Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib

Sentyabrın 27-də Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin çıxış ediblər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament, icra hakimiyyəti və ictimai təşkilatların nümayəndələri, i...

Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində 7 dəyirmi masa keçirilib

Sentyabrın 27-də Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində sənaye və energetika, turizm, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, nəqliyyat və tranzit, qadın sahibkarlığı və humanitar sahələrdə Azərbaycan və Rusiya əməkdaşlığına dair 7 dəyirmi masa keçirilib.Azərbaycan və Rusiya tərəfindən dövlət və özəl sektor təmsilçilərinin iştirakı ilə keçirilmiş “Sənaye və energetika: ikitərəfli əlaqələrin perspektivləri” mövzusunda Dəyirmi Ma...