Рейтинг@Mail.ru

Regional Planlaşdırma Şurasının növbəti iclası keçirilmişdir

11-14 dekabr tarixlərində Pakistanın İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının (RPŞ) növbəti 28-ci iclası keçirilmişdir. İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərinin nümayəndələrinin, habelə, müşahidəçilərin (Türkdilli Dövlətlərin Kipr Türkləri və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası) və İƏT-in ixtisaslaşmış təşkilatları və regional institutlarının əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə ölkəmizi təmsil ed...

Sahibkarlar üçün gömrük və maliyyə sahələri üzrə treninq keçirilib

Dekabrın 14-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə kiçik və orta sahibkarların gömrük və maliyyə sahələrində bilik və bacarıqlarının artırılmasına dair tədbir keçirilib. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalın...

CAREC İnstitutunun İdarəetmə Şurasının 7-cı iclası keçirilmişdir

7-8 dekabr tarixlərində Çin Xalq Respublikasının Siamen şəhərində Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutunun (CAREC) İdarəetmə Şurasının 7-ci iclası keçirilmişdir.  CAREC Proqramının Əfqanıstan və Pakistan istisna olmaqla, digər üzv dövlətlərinin nümayəndələrinin iştirak etdikləri iclasda Azərbaycanlı nümayəndə heyətində İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun strateji inkişaf və xarici əlaqələr ...

KOS subyektləri üçün "ömür boyu öyrənmək" imkanları müzakirə edilib

Dekabrın 8-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə "KOS subyektləri üçün "ömür boyu öyrənmək" imkanlarının təmin edilməsi: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına və telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair str...

Ekoloji təmiz kənd təsərrüfatına dair 6-cı Beynəlxalq təlim keçirilmişdir

20-24 noyabr tarixlərində Türkiyə Respublikasının Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatı və Təlim Mərkəzinin (UTAEM) təşkilatçılığı ilə İzmir şəhərində “Ekoloji Təmiz Kənd Təsərrüfatı” mövzusunda 6-cı beynəlxalq təlim keçirilmişdir.  Təlimdə Azərbaycanla yanaşı, İran, Sudan, Pakistan, Mərakeş və Çexiyadan ümumilikdə 14 nəfər iştirakçı iştirak etmişdir.  5 gün davam edən təlimdə məqsəd ekoloji təmiz kənd təsərrüfatı...

Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübənin tətbiqi müzakirə edilmişdir

29-30 noyabr tarixlərində İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübə: Azərbaycanda tətbiqi imkanları” mövzusunda seminar keçirilib.  Bakı Biznes Tədris Mərkəzində keçirilən tədbirdə Avropa İttifaqının beynəlxalq ekspertləri, Polşanın Azərbaycandakı səfirliyinin, texnoparkların, ölkədə fəaliyyət göstərən biznes inkubatorla...

MƏLUMAT

İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Elmi-Texniki Kitabxana Fonduna yeni ədəbiyyatlar daxil olmuşdur.  Siyahı ilə tanış olmaq istəyənlər burdan yükləyə yaxud internet səhifəmizin “Kitabxana Fondu” menyusuna daxil ola bilərlər. Əlavə məlumat almaq üçün ələqaləndirici şəxs: əməkdar incəsənət xadimi Sayalı ABBASƏLİYEVAİqtisadi İslahatlar ETİ,Kitabxana və Elmi nəşr şöbəsinin müdiriTel.: (+99412) 431-57-95 (dax. 3902)   ...

Kiçik və orta sahibkarlarla görüşlər keçirilmişdir

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” çərçivəsində verilmiş tapşırıqların icrası davam etdirilir.  Adı çəkilən Strateji Yol Xəritəsinin "4.2.2. Kiçik və orta sahibkarların əmək bazarı üzrə ehtiyaclarının öyrənilməsi və təkmilləşdirmələr aparılması" tədbirinin icras...

Ali təhsil müəssisələrinin inkişafında beynəlxalq və milli reytinqlərin rolu təhlil edilmişdir

“Azərbaycan müəllimi” qəzetinin 9 noyabr 2017-ci il tarixli sayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru Arzu Hüseynova və  Azərbaycan Respublikasının Təhsil İnstitutunun Ali təhsilin inkişafı şöbəsinin aparıcı mütəxəssisi Esmira Əhmədovanın birgə müəllifliyi ilə “Azərbaycanın ali təhsil müəssisələrinin inkişafında reytinqlərin rolu” sərlövhəli məqalə işıq üzü görmüşdür...

Buxarestdə 2018-2019-cu illər “Pontica Magna" Təqaüd Proqramı elan edilir

“Pontica Magna Təqaüd” Proqramı Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Moldova, Rusiya, Türkiyə və Ukraynadan gənc tədqiqatçıları, media mütəxəssislərini, yazıçıları və sənətkarları dəvət edir.Rumıniyanın Buxarest şəhərində yerləşən Yeni Avropa Kolleci (NEC) humanitar və sosial elmlər üzrə qabaqcıl tədqiqat institutudur və özünün “Pontica Manga Proqramı” üzrə Təqaüd elan edir. Bu proqramın məqsədi Qara Dəniz ətrafındakı ölkələrdən gənc tədqiqatçıların, media...