Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

«EKOLOJİ KƏND TƏSƏRRÜFATI» DƏRSLİK

 


«2009-2013-cü illərdə Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı» Dövlət Proqramının 1-ci ilinin nəticələrinə həsr olunmuş konfransda Azərbaycan Respublikası Prezidenti cənab İlham ƏLİYEVin nitqindən:

 

«… Biz keyfiyyətli məhsullarla, onlara uyğun olan standartlarla Avropa bazarlarına çıxmalıyıq. Bunu etmək üçün əlbəttə ki, müasirləşmə, texnoloji yeniləşmə getməlidir. Bizim kənd təsərrüfatına aid olan ən mədəni formada istehsalımız yaradılmalıdır. Çox işlər görülüb. Ancaq hələ çox işlər görülməlidir ki, bizim bütün imkanlarımız tam şəkildə səfərbər olunsun ...»

 

 Göründüyü kimi, Azərbaycanın kənd təsərrüfatının malik olduğu ənənələri yaşatmaq və potensialdan səmərəli istifadə etməklə ixracının artırılması istiqamətində ölkə Başçısının tapşırığı ilk növbədə regionlarda kənd təsərrüfatının uzunmüddətli perspektiv inkişafının yeni xarici bazarların aşkar edilməsinə yönəlmişdir.


Bu çağırışa müvafiq olaraq İnstitutda kənd təsərrüfatının kompleks inkişafı məsələlərinin tədqiqi istiqamətində işlərin aparılmasına başlanılmış və ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsinin əhəmiyyətli rolu müəyyən edilmişdir.


Beləliklə İnstitutda Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının qeyri-neft sektorunda əlavə dəyər yaratması, regionlarda fermerlərin gəlirlərinin artması və ənənəvi kənd təsərrüfatına nisbətən daha çox əməktutumluluğu, ixrac üstünlükləri baxımından potensialı və inkişaf perspektivləri tədqiq edilmişdir.


Həmçinin TÜRK ƏMƏKDAŞLIQ və İNKİŞAF AGENTLİYİNİN (TIKA) dəstəyilə 2011-2012-ci illərdə «AZƏRBAYCANDA EKOLOJİ TƏMİZ KƏND TƏSƏRRÜFATININ İNKİŞAF ETDİRİLMƏSİ PROSESİNDƏ TÜRKİYƏ TƏCRÜBƏSİNİN ÖYRƏNİLMƏSİ və QURUMLARARASI ƏMƏKDAŞLIĞIN İNKİŞAF ETDİRİLMƏSİ» mövzusunda tədqiqat layihəsi həyata keçirilmişdir.


Tədqiqat çərçivəsində qabaqcıl təcrübələrdən birinə malik olan Türkiyə təcrübəsi öyrənilmiş, ölkəmizdə bu sahənin inkişafının öyrənilməsi məqsədilə Türkiyəli mütəxəssislərlə birgə SWOT təhlillər aparılmış, geniş müzakirəlrə aparılmış və inkişaf plan və proqram layihələri hazırlanmışdır.


Həmçinin müəyyən olunmuşdur ki, ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatının inkişafının qarşısında duran ən böyük problemlərdən biri kimi maarifləndirmə işlərinin aparılmasıdır. Belə ki, layihənin nəticəsi kimi maarifləndirmə işinin təşkil edilməsi məqsədilə ilk iş kimi orta ümumtəhsil müəssisələri üçün yardımçı dərs vəsaiti hazırlanmışdır. 


«GƏLƏCƏK NƏSİLLƏR üçün EKOLOJİ TƏMİZ KƏND TƏSƏRRÜFATI» adlandırılan vəsait təhsil nazirinin müvafiq əmri ilə orta məktəbərdə tədris üçün tövsiyyə edilmiş, daha sonra 2014-cü ilin 7 aprel tarixində Azərbaycan Avropa Məktəbində kitabın təqdimat mərasimi keçirilmişdir.



 

«Ekoloji Kənd Təsərrüfatı» Dərslik (*.pdf)

 


© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.