Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

POTENSİALIN GÜCLƏNDİRİLMƏSİNƏ YARDIM:

BMTİP

                                                                                     

Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafı və rəqabət mühitinin yaxşılaşdırılması üzrə elmi cəhətdən əsaslandırılmış iqtisadi siyasət tədbirlərinin hazırlanmasına xidmət edən tədqiqatların aparılmasına yardım göstərilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi (indiki İqtisadiyyat Nazirliyi) və BMT İnkişaf Proqramı arasında 2005-ci il 26 aprel tarixli razılaşma imzalanmışdır.

 

 



Razılaşmaya əsasən qurumlar arasında «Azərbaycanda rəqabət qabiliyyətli qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində İqtisadi İnkişaf Nazirliyinin potensialının gücləndirilməsinə yardım (№00046970)» mövzusunda tədqiqat layihəsinin həyata keçirilməsinə başlanılmışdır. Razılaşmaya görə layihənin 01.10.2005-31.03.2007-ci il tarixlərində həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

Qeyd olunan dövr ərzində İnstitutda qeyri-neft sektorunun inkişafı, o cümlədən  bu sektorda məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabət mühitinin yaxşılaşdırılması üzrə aşağıdakı 8 mövzu üzrə tədqiqatlar aparılmışdır:


1.     «Azərbaycanın nəqliyyat-ticarət-tranzit sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi problemləri»;

2.     «Neft emalı sahələrinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi problemləri»;

3.     «Əmək bazarı və beynəlxalq ticarət arasında əlaqə»;

4.     «Turizm sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi problemləri»;

5.     «Kənd təsərrüfatı sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi problemləri»;

6.     «Azərbaycan Respublikasında rəqabət siyasətinin səmərələliyinin yüksəldilməsi problemləri»;

7.     «Regional iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi istiqamətləri»;

8.     «Azərbaycan Respublikasında iqtisadi idarəetmənin səmərəliliyinin yüksəldilməsi problemləri».


Lakin 2007-ci ildə baş verən müəyyən dəyişikliklər səbəbi ilə layihənin icrasında çətinlik yaranmış, icra müddəti bir qədər uzadılmış, lakin bununla belə icrası başa çatdırılmamışdır. Nəhayət layihənin icrası yekun mərhələdə 2009-2010-cu illərdə icra olunaraq, başa çatdırılmışdır.

 

Sonuncu dövrdə isə aşağıda adları sadalanan 4 mövzuları üzrə tədqiqatlar aparılmış, siyasət təklifləri hazırlanmışdır:

 

1.     «Azərbaycan nəqliyyat-ticarət-tranzit sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsi problemləri»; (hesabatı yüklə)


2.     «Kənd təsərrüfatı sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsi problemləri»; (hesabatı yüklə)

 

3.     «Turizm sektorunun rəqabət qabiliyyətliyinin yüksəldilməsi probemləri»; (hesabatı yüklə)

 

4.     «Regional iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi problemləri». (hesabatı yüklə)

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.