Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

«EKOLOJİ TƏMİZ KƏND TƏSƏRRÜFATI»

PİLOT LAYİHƏ  

 

Azərbaycan Respublikası Prezidentinin «Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə» 2010-cü il 24 may tarixli 267 nömrəli Fərmanının (1.3 və 1.4-cü bəndlərin), Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydalar»ının təsdiq edilməsi haqqında 2010-cu il 30 avqust tarixli 159 nömrəli qərarının (Qaydaların 2.4-cü bəndi) və  Qaydaların aidiyyəti üzrə icrasının təmin edilməsi üzrə işlərin əlaqələndirilməsi məqsədilə iqtisadi inkişaf nazirinin (indiki iqtisadiyyat nazirinin) 2010-cu ilin 29 dekabr tarixli F-154 nömrəli əmri ilə TƏDBİRLƏR PLANI təsdiq edilmiş Planın 1-ci bəndinin icrası İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna tapşırılmışdır.

 

 


İnstitut tərəfindən aparılan ön tədqiqat nəticəsində son illərdə kənd təsərrüfatının kompleks inkişafı məsələlərinin tədqiqi istiqamətində mütərəqqi dünya təcrübəsinin araşdırılması zamanı ekoloji təmiz kənd təsərrüfatının mühüm rolunun olduğu müəyyən olunmuşdur. Kənd təsərrüfatı sisteminin özündə dünya bazarında ekoloji təmiz məhsullarına artan tələbi, istehsaldan satışa qədər kompleks məsələləri, həmçinin fərqli iqtisadi və institusional mexanizmləri əks etdirir. Bununla əlaqədar olaraq, İnstitutda Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının qeyri-neft sektorunda əlavə dəyər yaratması, regionlarda fermerlərin gəlirlərinin artması və ənənəvi kənd təsərrüfatına nisbətən daha çox əməktutumluluğu baxımından aktuallığı və inkişaf  imkanları tədqiq edilmiş, mövcud qanunvericilik bazası təhlil edilmiş, 2011-ci ildən etibarən «Türkiyə təcrübəsi əsasında Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf perspektivlərinin tədqiqi» «Ekoloji təmiz kənd təsərrüfatının inkişaf perspektivləri» mövzularında elmi-tədqiqat işləri həyata keçirilmişdir.  

 

Bundan başqa iqtisadiyyat nazirinin müvafiq əmrinin icrasının təmin edilməsi məqsədilə eyni zamanda 2011-ci il ərzində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Türk Əməkdaşlıq və İnkişaf Agentliyi arasında (TIKA) (Türkiyə Respublikası) mövcud əməkdaşlıq çərçivəsində «Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi prosesində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi» mövzusunda tədqiqat layihəsinin işlənilməsinə dair razılığa gəlinir.

2011-ci ilin may ayından 2012-ci ilin may ayınadək dövrdə həyata keçirilən adı çəkilən tədqiqat layihəsi çərçivəsində Türkiyəli mütəxəssislərdən və İnstitutun əməkdaşlarından ibarət tədqiqat qrupu yaradılmışdır. İş çərçivəsində yerli və Türkiyəli əməkdaşlar iştriakı ilə mübadilə səfərləri təşkil edilmiş, ekoloji təmiz kənd təsərrüfatının inkişaf perspektivlərinin öyrənilməsi məqsədilə «SWOT» təhlil aparılmış, sahə üzrə Azərbaycanda və Türkiyədə olan qurumlarla əlaqələr qurulmuş,  bir-sıra mütəxəssis görüş və müzakirələri aparılmış, eləcə də maarifləndirmə istiqamətində konkret addımlar atılmışdır.  

 

Belə ki, məhz layihə çərçivəsində mövcud Türkiyə təcrübəsinə istinad edilərək, orta məktəb şagirdləri üçün «Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı» adlı kitab hazırlanaraq, çap olunmuşdur.

 

Tədqiqat layihəsi çərçivəsində Gəncə və Bakı şəhərlərində olmaqla 2 konfrans və Bakı şəhərində 2 Dəyirmi Masa təşkil edilmişdir. Dəyirmi masalarda görülən işlər və perspektivlərlə yanaşı, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda hazırlanmış «2012-2017-ci illərdə Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının inkişafına dair Tədbirlər Planı»nın layihəsi müzakirə edilmiş, mütəxəssislərin rəy və təklifləri toplanmışdır.

 

1. «SWOT» təhlil (*.pdf)

2. «Tədbirlər Planı»(2012-2017-ci illər) (*.pdf)

3. «Gələcək nəsillərüçün ekoloji təmiz kənd təsərrüfatı» adlı dərs vəsaiti (keçid)

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.