Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU
RƏHBƏRLİK
DİREKTOR v.i.e.
i.e.d., Arzu HÜSEYNOVA
Bioqrafiyası:
1966-cı ildə anadan olmuşdur.
Təhsili:
1983-1988-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsində Tətbiqi riyaziyyat ixtisası üzrə ali təhsil almışdır. 2005-ci ildə namizədlik, 2016-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir.
Əmək fəaliyyəti:
Əmək fəaliyyətinə 1988-ci ildə “Xəzri” Zaqafqaziya MTİ-də mühəndis-proqramçı kimi başlamışdır. 1992-1995-ci illərdə Material Ehtiyatları Nazirliyinin “Azərcihaz” idarəsində AİS şöbəsinin müdiri, 1995-2001-ci illərdə Nazirlər Soveti Nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda şöbə müdiri, 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aparıcı mühəndis-proqramçı,2005-2014-cü illərdə AMEA Elmi innovasiyalar Mərkəzində direktorun birinci müavini, 2014-2017-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda şöbə müdiri vəzifələrində işləmişdir. 2017-ci ilin iyul ayında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna direktor müavini təyin edilmişdir.
1989-cu ildən pedaqoji fəaliyyətlə məşğuldur. Bakı Atatürk liseyində, Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda, Qərb Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Milli Aviasiya Akademiyasında dərs demişdir.
Nəşrləri:
9 kitab, 100-dan çox elmi məqalə və 3 müəlliflik şəhadətnaməsinin müəllifidir.
DİREKTOR MÜAVİNİ
i.e.n., dosent Oruc İBRAHİMOV
Biografiyası:
1937-ci ildə anadan olmuşdur.
Təhsili:
1955-ci ildə Bakı Statistika Texnikumuna daxil olmuş və oranı 1958-ci
ildə “Statistika” ixtisası üzrə bitirmişdir. 1959-cu ildə Azərbaycan Dövlət
Universitetinin iqtisadiyyat fakultəsində təhsil almış və həmin Universiteti
1964-cü ildə “Statistika” ixtisası üzrə bitirmişdir. 1969-1972-ci illərdə
Moskva İqtisadi-Statistika İnstitutunda əyani aspiranturada oxumuş, 1972-ci ildə
Moskva İqtisadi-Statistika İnstitutunda namizədlik dissertasiyasını müdafiə
etmiş, iqtisad elmləri namizədi və dosentdir. 1973-cü ildə iki illik Bakı
Jurnalistika Universitetini, 1974-1975-ci illərdə Rusiya Federasiyasında
(Moskva şəh.) və Fransa Respublikasında fransız dili kursunu bitirmişdir.
Əmək fəaliyyəti:
1958-1969-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin “Əsaslı tikinti” şöbəsində iqtisadçı, baş iqtisadçı və şöbə müdiri vəzifələrində çalışmışdır. 1972–1979-cu illərdə D.Bünyadzadə adına AzXTİ-un “Statistika” kafedrasında müəllim, baş müəllim, vəzifəsində işləmiş, dosent vəzifəsinə seçilmişdir. 1979-1989-cu illərdə “Statistika” kafedrasının müdiri vəzifəsində işləmişdir. x1975-1976-cı illərdə Əlcəzair Neft İnstitutunda professor vəzifəsində çalışmışdır. 1996-2005-ci illərdə Odlar Yurdu Universitetinin “Ümumi iqtisadiyyat” kafedrasına rəhbərlik etmişdir. 2013-cü ildə "Azərbaycan Respublikasında çoxülçülü meyarlar əsasında yoxsulluq indeksinin qiymətləndirilməsi" mövzusunda tədqiqat işində məsləhətçi vəzifəsində çalışmışdır.
2009-cu ildən
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat
İnstitutunda direktor müavini vəzifəsində əmək fəaliyyətini davam etdirir. İnstitutun
Elmi Şurasının sədr müavini və elmi-metodoloji seminarın sədridir.
Dövlət təltifi:
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2014-cü ildə “Tərəqqi”
medalı ilə təltif olunmuşdur.
Nəşrləri:
O.İbrahimov ümumillikdə, 90 ç.v. həcmində elmi-metodiki və dərsliklərin, o cümlədən, “Milli sərvət statistikasının metodoloji əsasları” adlı monoqrafiyanın müəllifidir.
DİREKTOR MÜAVİNİ
Aynurə İSMAYILOVA
Bioqrafiyası:
1980-ci ildə
anadan olmuşdur.
Təhsili:
1997-2003-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və
kibernetika fakultəsində təhsil almış, tətbiqi riyaziyyat və riyazi modelləşdirmə
ixtisaslarına yiyələnmişdir. Daha sonra təhsilini 2010-2011-ci illərdə İtaliya
Hökumətinin təqaüdü ilə “Beynəlxalq Dövlət İşləri” adlı magistr proqramında
davam etdirmiş, 2012-2016-cı illərdə İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar
Elmi Tədqiqat İnstitutunun “Ekonometrika” ixtisası üzrə dissertantı olmuşdur.
2006-cı ildən etibarən mütəmadi olaraq, müxtəlif donor və təşkilatların dəstəyi
ilə xarici ölkələrdə çoxsaylı elmi-texniki tədbirlərin
iştirakçısı olmuşdur.
Əmək fəaliyyəti:
2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda böyük laborant olaraq başlamış, daha sonra AMEA Rəyasət Heyətində mütəxəssis, 2008-ci ildə “Elektron sənəd dövriyyəsinin qurulması” layihəsinin meneceri, 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı və İqtisadi İnkişaf Nazirliyinin birgə layihəsinin inzibati köməkçisi vəzifələrində fəaliyyət göstərmişdir. 2009-cu ildən fəaliyyətini indiki İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda şöbə müdiri vəzifəsində davam etdirmişdir.
2017-ci ilin iyul ayından etibarən İqtisadiyyat Nazirliyinin İqtisadi
İslahatlar Elmi Tədqiqat İnstitutuna strateji inkişaf və xarici əlaqələr üzrə
direktor müavini təyin edilmışdir.
Dövlət təltifi:
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.