Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

KADR HAZIRLIĞI

 

Sənayeləşmənin sürətli inkişafı, «bilik iqtisadiyyatı»na keçid, innovativ yanaşmanın tətbiqlərin genişləndirilməsi açıq iqtisadiyyata malik ixtiyari dövlətin iqtisadi siyasətinin elementləridir. Elmi-texnoloji inkişaf, sənayeləşmə əsrinin əsas və dəyişməz resurslarından biri olaarq, yüksək ixtisaslı kadr potensialı durmaqdadır.

 

Bu məqsədlə Azərbaycanda yüksək ixtisaslı kadr hazırlığı Elmlər Akademiyası, Universitetlər və problem mövzuları üzrə sahəvi İnstitutlar məşgul olurlar. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda profilə uyğun olaraq, elmi kadrların fəlsəfə doktoru və elmlər doktoru yolu ilə hazırlığı həyata keçirilir.

 

QƏBUL QAYDALARI

 

Ali təhsil bu yüksək pilləsi üzrə qəbul isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli «Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları»na və eləcə də, cari qəbul planına müvafiq olaraq, hər akademik təhsil ili üzrə qəbul həyata keçirilir.

Müvafiq qaydalara uyğun olaraq, qəbul haqqında elan rəsmi mətbuatda dərc olunmaqla ictimaiyyətin diqqətinə çatdırılır.

 

Tələb olunan sənədlərin siyahısı:

ərizə (direktorun adına);

kadrların şəxsi-qeydiyyat vərəqi;

tərcümeyi-hal;

4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

iş yerindən xasiyyətnamə (işləyənlər üçün);

əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün);

çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (dissertanturaya sənəd verənlər isə seçdiyi ixtisas üzrə çap olunmuş elmi əsərlərin siyahısını təqdim etməlidir);

fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktoru hazırlığı üzrə);

ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya

Ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən və yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dil­dən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uy­ğun olma­lıdır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həc­­­mində qəbul im­ta­han­­ları verirlər.

 

Dissertantlıq yolu ilə fəlsəfə doktoru

Elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsil magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedoqoji kadrları sənəd təqdim edə bilər.

- Dissertantlıq yolu ilə təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

- Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

- Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır.

 

İxtisasların siyahısı:

5301.01 «Daxili fiskal siyasət  və dövlət maliyyəsi»

5302.01 «Ekonometriya»

5306.01 «Texnoloji innovasiyalar iqtisadiyyatı»

5309.01 «Sənayenin təşkili və dövlət siyasəti»

5310.01 «Dünya iqtisadiyyatı»

5312.01 «Sahə iqtisadiyyatı»

 

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxs:

Elmi katib t.e.n. Vəfa RZAYEVA

Tel: +99412 4300170

Fax: +99412 4300215

Mob: +99450 3809018

Elektron poçt ünvanı: vafa.rzayeva@economy.gov.az

İnternet səhifəsi: www.ier.az

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.