Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU
ELMİ ŞURA
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda elmi-praktiki fəaliyyətin
əsas məsələlərinə baxılması üçün məşvərətçi hüququnda ELMİ ŞURA fəaliyyət göstərir.
SƏDR
İnstitutun direktoru v.i.e., i.e.d., Arzu HÜSEYNOVA
Tel: +99412
Fax: +99412 4300215
E-poçt ünvanı: arzu.huseynova@economy.gov.az
SƏDR MÜAVİNİ
İnstitutun direktor müavini i.e.n. Oruc İBRAHİMOV
Tel: +99412 4309497
Fax: +99412 4300215
E-poçt ünvanı: oruc.ibrahimov@economy.gov.az
ŞURANIN KATİBİ
İnstitutun Elmi katibi Təranə SALIFOVA
Tel: +99412 4300170
Fax: +99412 4300215
E-poçt ünvanı: tarana.salifova@economy.gov.az
ELMİ ŞURANIN
FƏALİYYƏTİNİN TƏŞKİLİ
ELMİ ŞURAnın tərkibi İnstitutun direktorunun təqdimatına əsasən iqtisadiyyat
naziri tərəfindən təsdiq olunur.
ELMİ ŞURAda təmsil olunan mütəxəsis heyəti İnstitutun direktorundan (şuranın sədri), direktorun müavinlərindən, elmi katibdən (şuranın katibi), əsas struktur bölmələrinin
rəhbərlərindən, struktur bölmələrdə işləyən aparıcı alim və elmi işçilərdən,
ölkənin digər elmi-tədqiqat və təhsil müəssisələrində, eləcə də idarəetmə
orqanlarında çalışan görkəmli alim və mütəxəssislərdən ibarət təşkil olunur.
ELMİ ŞURA «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi
İslahatlar Elmi Tədqiqat İnstitutunun ƏSASNAMƏSİ»nə müvafiq olaraq, aşağıdakı vəzifələri
həyata keçirir:
İnstitutun elmi-praktik fəaliyyətinin əsas istiqamətlərini, elmi-tədqiqat işləri və tədris proqram və planlarını müzakirə və təsdiq edir;
Elmi Şuranın sədrinin təqdimatı ilə elmi-tədqiqat bölmələrinin rəhbərlərinin, ayrı-ayrı mövzular (layihələr) üzrə rəhbərlərinin və məsul icraçılarının elmi-tədqiqat işlərinin gedişi və nəticələri haqqında hesabatlarını dinləyir, müzakirə edir və müvafiq təklif və tövsiyələr verir;
Başqa elmi-iqtisadi idarələrlə yaradılacaq əməkdaşlığı
və əlaqələndirmə məsələlərini müzakirə edir və müvafiq qərarlar verir;
Elmi əsərləri müzakirə edir və onların dərc
olunmasının məqsədə uyğunluğu haqqında qərar verir;
İnstitutun elmi əsərlər toplusunun, elmi-praktik
jurnallarının, analitik-informasiya bülletenlərinin və s. çap məhsullarının
dərc olunması və elmi-praktiki konfranslar, müşavirələr, seminarlar, dəyirmi
masalar və s. bu kimi digər elmi məclislər keçirilməsi haqqında qərar verilir;
Elmi kadrların hazırlanması və ixtisasının
artırılması ilə əlaqədar məsələləri müzakirə edir, doktorantların dissertasiya
mövzularını, planlarını və elmi rəhbərlərini təsdiq edir, hazır olan dissertsiyaişlərinin ilkin müzakirəsini həyata keçirir;
Dissertasiya və digər elmi-tədqiqat işlərini
müzakirə edir və müvafiq rəy verir, elmi dərəcələr və adlar verilməsi, müvafiq
dissertasiya şuralarının yaradılması üçün təkliflər hazırlayır və vəsatət qaldırır.
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.