Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU
ELMİ-TEXNİKİ KİTABXANA
«... Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz
elmi ilə tanınır ...»
Ümumilli lider HEYDƏR ƏLİYEV
Zaman keçdikcə yaşam standartları və imkanları dəyişir, elmin tətbiqi
imkanları genişlənir, yeni «texnoloji nəsillər» formalaşır, lakin kitab,
kitabxana mədəniyyəti öz gözəlliyini, cəlbediciliyini təbii şəkildə qoruyub
saxlaya bilir.
İstənilən formada müasir texnoloji nailiyyətlərlə təmin olunmasına
baxmayaraq, ixtiyari kitabxana çoxsaylı,
müxtəlif çeşidli məlumatların qorunması, onların istifadəçilərə təqdim edilməsi
və sonrakı nəsillərə ötürülməsində mədəni irsin qoruyucusu, eləcə də
informativ-ünsiyyət vasitəsidir.
Əsası 1964-cü ildə qoyulan elm ocağımızın nəzdindəki Elmi-Texniki Kitabxana 1967-ci ildən fəaliyyətə başlamışdır
Ümumi sahəsi 72 m2 olan Kitabxana fondunda mövcud olan resursların
sayı 20000-dən çoxdur. Bu resurslar kataloqlar şəklində formalaşdırılmışdır (aşağıdakı
keçiddən istifadə etməli).
Kitabxanamız gündəlik iş fəaliyyətində «Kitabxana işi haqqında» Azərbaycan
Respublikasının Qanununa əsaslanır. Kitabxana fondu mütəmadi olaraq profilə
uyğun yerli və xarici ədəbiyyatlarla zənginləşdirilir. Bundan əlavə Kitabxanamıza
Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli 56 saylı Sərəncamı
ilə, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından, M.Axundov adına
Milli Kitabxanadan, F.Köçərli adına Respublika Uşaq Kitabxanasından, ABŞ Səfirliyindən,
digər səfirlik və xarici nümayəndəliklərdən, beynəlxalq təşkilat və
qurumlardan, müəlliflərdən və digər mənbələrdən bir sıra kitablar hədiyyə
olunmuşdur.
Hal-hazırda Kitabxanamıza yerli və xarici mətbuatdan müxtəlif qəzet,
elmi-jurnallarla yanaşı, Azərbaycan Respublikasının Qanunvericilik toplusu,
Statistika Komitəsinin nəşr etdiyi bütün statistik materiallar, avtoreferatlar
daxil olur.
Ölkəmizdəki kitabxanalarla-M.F.Axundov adına Milli Kitabxana,
AMEA-nın Mərkəzi Elmi Kitabxanası, AMEA-nın İqtisadiyyat İnstitutunun
Kitabxanası, Respublika Elmi-Texniki Kitabxanası ilə sıx əməkdaşlıq edilir.
İctimai istifadəyə açıq olan Kitabxanamızdan arzu edənlər istifadə edə
bilər.
Əlaqə məlumatları:
xanım Sayalı ABBASƏLİYEVA
(Əməkdar mədəniyyət işçisi)
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Kitabxana və elmi nəşr
şöbəsinin müdiri
Ünvan:
İİETİ-nin inzibati binası
H.Zərdabi prospekti, 88a, Bakı şəhəri
Tel: +99412 4310993 (dax.3902)
Fax: +99412 4300215
Mob: +99451 3363785
E-poçt ünvanı: sayali.abbasaliyeva@economy.gov.az
ELMİ-TEXNİKİ KİTABXANA FONDU
KATALOQLAR
KATALOQ 2 – (müxtəlif illərdə)
KATALOQ 3 – (müxtəlif illərdə)
KATALOQ 4 – (Heydər ƏLİYEV, Müstəqilliyimiz əbədidir.) (ElektronSənədlər Toplusu)
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.