Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

AZMOD: ANALİTİK ALƏT 

 

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasətin məqsədi neft gəlirlərindən səmərəli istifadə edərək qeyri-neft sektorunu inkişaf etdirməklə diversifikasiya olunmuş və dayanıqlı-tarazlı sosial-iqtisadi inkişafa nail olmaqdır. İnkişaf etmiş ölkələrin təcrübələri göstərir ki, qarşıya qoyulmuş bu siyasətin uğurla reallaşdırılması digər amilərlə yanaşı, ilk növbədə ölkənin sosial-iqtisadi inkişafını xarakterizə edən göstəricilərin elmi əsaslarla təhlilini və inkişaf meyillərini əks etdirən proqnozların hazırlanmasını tələb edir ki, bu da iqtisadi-riyazi modellər əsasında həyata keçirilir.

 

Belə ki, «AZMOD» kimi  ümumi tarazlıq modelləri xüsusilə büdcə-vergi siyasətləri üçün ən münasib və geniş imkanlara malik alətlərdən hesab olunur. Dünyanın bütün aparıcı ölkələrinin maliyyə nazirliklərində, habelə İƏİT kimi beynəlxalq təşkilatlarda bu kimi modellərdən istifadə edirlər.

 


 

«AZMOD» və ümumi tarazlıq modellərinə bu qədər tələbatın olmasının əsas səbəbi ondadır ki, bu modellər iqtisadiyyatın necə fəaliyyət göstərdiyini, iqtisadi agentlərin (hüquqi və fiziki şəxslər) özlərini necə apardıqlarını və hökumət vergi və subsidiyalara dəyişikliklər etdikdə onların öz davranışlarını necə dəyişdirdiklərini əks etdirir. AzMod kimi modellər olmadan hökumət vergi və sunsidiyalardakı dəyişikliklərə iqtisadiyyatın necə reaksiya verəcəyini düzgün qiymətləndirə bilmir.

 

Beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasının vahid platformada ümumi tarazlıq modelinin (ÜTM) işlənilməsi məqsədlə İqtisadi Inkişaf Nazirliyinin «Azərbaycan Respublikasının sosial-iqtisadi göstəricilərinin təhlili və proqnozlaşdırılmasının Ümumi Tarazlıq Modelinin hazırlanması və İnstitutun fəliyyətinin təkmilləşdirilməsi haqqında» 4 oktyabr 2010-cu il tarixli F-115 nömrəli əmri ilə iqtisadi inkişaf nazirinin sədrliyi ilə xüsusi komissiya yaradılmış və müvafiq işlərin yerinə yetirilməsi tapşırılmışdır.

 

Əmrin icrasına uyğun olaraq, Azərbaycanda sosial-iqtisadi göstəricilərin təhlil və proqnozlarının müxtəlif modellər əsasında hazırlanması istiqamətində müvafiq qurumlar üzrə görülmüş işlərin mövcud vəziyyəti araşdırılaraq hesabat hazırlanmış, beynəlxalq təcrübə, o cümlədən Qazaxıstan, Türkiyə, Almaniya və digər ölkələrin ümumi tarazlıq modelinin (ÜTM) işlənməsi üzrə təcrübələri nəzərdən keçirilmiş və müvafiq təkliflər hazırlanmışdır.

 

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə 2011-ci ilin 1 oktyabr tarixindən etibarən  İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və EcoMod şirkəti arasında ÜTM-nin hazırlanması üçün müqavilə imzalanmış, yerli və xarici mütəxəssislərin iştirakı ilə işlər aparılmışdır. Tədqiqatın aparılması 3 istiqamətdə - (i) Azərbaycan Respublikasının Sosial Hesablar Matrisinin (SAM) qurulması, (ii) ÜTM-in analitik bloklarının proqram təminatının işlənilməsi və (iii) ÜTM-in istifadəçiləri üçün interfeysin hazırlanmasından ibarət olmuşdur. İşin yekununda 2012-ci ilin ilin noyabr ayında statik halda ÜTM-in analitik bazası və “GAMS” (Generalized Algebraic Modeling System) proqram paketində realizasiyası ilə təlimlər keçirilmişdir. Daha sonra 2012-ci ilin 26 dekabr tarixində İnstitutun təşkilatçılğı ilə Bakı Biznes Mərkəzində təşkil edilən «Azərbaycan Respublikasının Ümumi Tarazlıq Modeli (AZMOD): görülmüş işlər, nəticələr və perspektivlər» mövzusunda təqdimatla geniş ictimaiyyətə təqdim edilmişdir.


 


Təqdimat zamanı «AZMOD» modeli Azərbaycan Respublikasının sosial-iqtisadi sferasının (iqtisadi sektorların) 15 sahəsini əhatə etmişdir:

 

1.     Kənd təsərrüfatı, ovçuluq və meşəçilik məhsulları

2.     Balıq və digər balıqçılıq məhsulları

3.     Dağ-mədən sənayesinin məhsulları

4.     Emal sənayesi

5.     Elektrik enerjisi, qaz və su

6.     Tikinti işləri

7.     Ticarət xidmətləri

8.     Mehmanxana və restoranların xidmətləri

9.     Nəqliyyat, poçt və rabitə

10.   Maliyyə vasitəçiliyi, sığorta və pensiya təminatı üzrə xidmətlər

11.   Daşınmaz əmlakla əlaqədar xidmətlər, icarə və digər kommersiya xidmətləri

12.   Dövlət idarəetməsi və müdafiə, məcburi social sığorta sahəsində xidmətlər

13.   Təhsil sahəsində xidmətlər

14.   Səhiyyə və sosial xidmətlər

15.   Kommunal və sair xidmətlər

 

 

    §   Booklet («AzMod» təqdimat, 26 dekabr2012-ci il)

    §   Proqram («AzMod» təqdimat, 26 dekabr 2012-ci il)

    §   Baner («AzMod» təqdimat, 26 dekabr 2012-ci il)

    §   Təqdimat (V.Vəliyev (Azərbaycan dilində), S.Şişik (İngilis dilində), 26 dekabr 2012-ci il)

 

 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.