Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

BEYNƏLXALQ TƏDBİRLƏR

 

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu öz növbəsində son illərdə iqtisadi tədqiqatların aparılması, kadr potensialının gücləndirilməsi, məlumat mübadiləsinin artırılması, tərəfdaş xarici və beynəlxalq qurumlarla, donor təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətlərində işlər aparmışdır.

Belə ki, bu istiqamətdə xüsusilə son 5 ildə İnstitutun xarici və beynəlxalq qurumlarla əməkdaşlığı çərçivəsində bir-sıra beynəlxalq, eləcə də yerli elmi-texniki tədbirlər təşkil edilmişdir.

Onlardan bəzilərini Sizlərin diqqətinə çatdırırıq:

 

2015-ci ildə

 

  • İslam İnkişaf Bankı (IDB), İslam Tədqiqat və Təlim İnsititutunun (IRTI) və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun (İİETİ) birgə təşkilatçılığı ilə 2015-ci ilin 14-18 dekabr tarixlərində Xaçmaz şəhərində (Azərbaycan Respublikası) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tajikistan və Özbəkistan respublikalarının nümayəndələri üçün «Yoxsulluğun azaldılması üçün İslami mikromaliyyələşmə» mövzusunda təlimin keçirilmişdir. Təlimin Xaçmaz şəhərində təşkil edilməsində İN-nin Quba-Xaçmaz Regional Bölməsi, Bakı Biznes Tədris Mərkəzi (BBTM) və «Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi» dəstək göstərmişlər.
  • 2015-ci ilin 15-17 sentyabr tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunun (ECOSF) (Pakistan) prezidenti cənab Mansur Hüseyn Soomro ölkəmizdə səfərdə olmuş, qonağın iştirakı ilə seminar keçirilmişdir.
  • ODTU Texnoparkın səviyyəli nümayəndəsi cənab Tolga Özbolat ölkəmizdə səfərdə olmuş, 2015-ci ilin 28 sentyabr – 2 oktyabr tarixlərində «Azərbaycanda universitet-sənaye əməkdaşlığının cari vəziyyətinin tədqiqi» mövzusunda mütəxəssis qiymətləndirilməsi həyata keçirilmiş, bir-sıra qurumlar ziyarət edilmiş, mütəxəssislərlə görüşlər keçirilmişdir.

 

2014-cü ildə

 

  • İslam İnkişaf Bankı (IDB), İslam Tədqiqat və Təlim İnsititutunun (IRTI) və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun (İİETİ) birgə təşkilatçılığı ilə 2014-cü ilin 22-26 sentyabr tarixlərində Bakı şəhərində «Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi» mövzusunda regional təlim keçirilmişdir. Qarşılıqlı razılaşma əsasında təlimdə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tajikistan və Özbəkistan respublikalarının nümayəndələri iştirak etmişlər. Təlim çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı istiqamətdə ölkəmizdə aparılan siyasət, sahibkarlığın maliyyələşmə mexanizmləri və görülən işlərin nəticələrilə tanış olmaq məqsədilə 2014-cü ilin 26 sentyabr tarixində iştirakçılar üçün «Study Tour»-seçilmiş sahibkarlıq müəssisələrinə ziyarət təşkil edilmişdir. Regional səfərin təşkil edilməsində Nazirliyin Quba-Xaçmaz Regional Bölməsi, Bakı Biznes Tədris Mərkəzi (BBTM) və «Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi» dəstək göstərmişlər.
  • İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə səmərəli əməkdaşlıq, eləcə də İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun (İİETİ) yaranmasının 50 illik yubileyi çərçivəsində 2014-cü ilin 1-3 oktyabr tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı Forumu və «Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf» mövzusunda 2-ci Beynəlxalq Konfrans keçirilmişdir.
  • İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) «İQTİSADİYYAT» Jurnalının Redaksiya Heyətinin 2-ci iclası 2014-cü ilin 26 aprel Bakıda keçirilmişdir. 
  • İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrinin nümayəndələri üçün «Riyazi modelləşdirmə sistemi yolu ilə ümumi iqtisadi tarazlığın modelləşdirilməsi» (Practical CGE Modelling with GAMS) mövzusunda birinci regional təlim 2014-cü ilin 21-25 aprel tarixlərində Bakıda keçirilmişdir.  

 

2013-cü ildə

 

  • 2013-cü ildə Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TIKA) dəstəyi ilə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda (İİETİ) «İnnovasiya və Təlim Mərkəzi» qurulmuşdur.
  • 2013-cü ilin 5-6 sentyabr tarixlərində Bakı şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu və «Enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf» mövzusunda I Beynəlxalq Konfrans keçirilmişdir.
  • «Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu: Türkiyə-Azərbaycan təcrübəsi» mövzusunda beynəlxalq praktiki konfrans 2013-cü ilin 3 iyun tarixində Bakı şəhərində Türkiyə Respublikasının Özyeğin Universitetinin, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun (İİETİ), Bakı Biznes Tədris Mərkəzinin (BBTM) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə təşkil edilmişdir. Tədbir çərçivəsində həmçinin Özyeğin Universiteti tərəfindən internet vasitəsilə təşkil edilmiş «Virtual Birja» (online) müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilmişdir.
  • ABŞ-ın Brandies Universitetinin magistr tələbələrinin ölkəmizə səfəri (Country Study Tour: Republic of Azerbaijan) İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutnun (İİETİ) dəstəyi ilə 2013-cü ilin 3-4 iyun tarixlərində təşkil edilmişdir. Səfər çərçivəsində tələbələr Azərbaycan Diplomatik Akademiyası (ADA), Milli Bankın Tədqiqat Mərkəzi, “Azərsun” Holding, Qafqaz Universiteti, ATİB, AZPROMO, TUSİAB və ASK kimi qurumlarda görüşlər keçirmişlər.
  • 2013-cü ilin 7 mart tarixində Gəncə şəhərində «Üzümçülük və şərabçılığın inkişafı perspektivləri: qabaqcıl təcrübə və texnalogiyalardan istifadə imkanları» beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.  

 

2012-ci ildə

 

  • «Azərbaycan Respublikasının Ümumi Tarazlıq Modeli (AZMOD): görülmüş işlər, nəticələr və perspektivlər» mövzusunda təqdimat 2012-ci ilin 26 dekabr tarixində keçirilmişdir.
  • İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) «İQTİSADİYYAT» Jurnalının Redaksiya Heyətinin 1-ci iclası 2012-ci ilin 08 noyabr tarixində Bakıda keçirilmişdir.
  • İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 2-ci iclası Bakı şəhərində 2012-ci ilin 7 noyabr tarixində keçirilmişdir.
  • «Üzümçülük və şərabçılığın inkişaf perspektivləri: qabaqcıl təcrübə və texnologiyalardan istifadə imkanları» mövzusunda beynəlxalq elmi-praktik konfrans Gəncə şəhərində 2012-ci ilin 7 oktyabr tarixində keçirilmişdir.
  • «Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf istiqamətləri» mövzusunda Dəyirmi masa 2012-ci ilin 1 oktyabr, eləcə də «Ekoloji təmiz kənd təsərrüfatının, o cümlədən üzümçülüyün inkişaf perspektivləri» mövzusunda Dəyirmi masa 2012-ci ilin 13 mart tarixlərində keçirilmişdir.
  • 9-28 fevral və 4-15 mart 2012-ci il tarixlərində TIKA Bakı ofisinin və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun (İİETİ) birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda ETKT-nın inkişaf perspektivləri üzrə SWOT təhlilin aparılması məqsədilə Türkiyə Respublikasının mütəxəssisləri xanım Sibel GÜNEYİ, Prof. Uygun AKSOY, Dr. Gülay BEŞİRLİ ölkəmizdə səfərdə olmuş və qeyd edilən istiqamətdə tədqiqat aparmışlar.

 

2011-ci ildə

 

  • USAID (ABŞ) Azərbaycan ofisinin və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun (İİETİ) birgə təşkilatılığı ilə «Layihələrin Qiymətləndirilməsi və Dəyər-Xərc Təhlili» mövzusunda təlim 2011-ci ilin 14 noyabr–10 dekabr tarixlərində Bakı şəhərində keçirilmişdir. 
  • 2011-ci ilin 4 noyabr tarixində Gəncə şəhərində «Qeyri-neft ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolu (Türkiyə-Azərbaycan təcrübə mübadiləsi)» mövzusunda elmi-praktiki Konfrans keçirilmişdir.
  • İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun (İİETİ) əməkdaşı 2011-ci ilin 1 sentyabr  tarixindən–2012-ci ilin 1 iyun tarixinədək ABŞ-ın Fulbraight Təqaüd Proqramından iştirak etmişdir.
  • «Qloballaşma şəraitində sosial-iqtisadi inkişaf» mövzusunda Türkiyə-Azərbaycan əməkdaşlıq konfransı 2011-ci ilin 28-30 aprel tarixlərində Bakı şəhərində keçirilmişdir.  

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.