Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

LOGİSTİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

 

İstənilən ölkənin iqtisadiyyatında logistika xidmətlərinın inkişaf səviyyəsi ölkənin milli iqtisadiyyatında müəssisələr arasında rəqabətqabiliyyətliliyə bilavasitə müsbət təsir göstərməkdədir. Milli iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiya, müxtəlif iqtisadi sahələr arasında əlaqələrin əhəmiyyətinin artması, istehsal edilmiş məhsul və xidmətlərin sonuncu istehlakçıya vaxtında, keyfiyyətli şəkildə və ücuz qiymətlərlə çatdırılması mühüm məsələlərdən biridir.


Dar mənada mənada baxdıqda logistika yüklərin istehlakçılara tez və vaxtında çatdırılması məqsədi ilə bütün prosesləri, yüklərin anbarlarşdırıl­ma­­sından başlayaraq, nəqliyyat vasitələri ilə daşınması proseslərinin planlaş­dı­rıl­masını  əhatə etməklə həyata keçirilməsini əks etdirən kompleks prosesdir. Geniş mənada isə logistika müxtəlif sistemlərdə material, informasiya və maliyyə resursları ilə planlama, idarəetmə və nəzarətlə əlaqədar olmaqla iqtisadiyyat elmində geniş bir sahədir. Qısacası logistik planlaşdırma xərclərin optimallaşdırılması, istehsal prossesinin rasionallaşdırılmasına yönəldilmiş proses olmaqla, müəssisələrdə əlavə xərclərin azaldılması üçün vacib amillərdən biridir.


Qeyri-neft sektorunun inkişafına yardım göstərilməsi, ixracın artırılmasında sahibkarların logistika sahəsində maarifləndirilməsinin gücləndirilməsi məqsədilə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu (İİETİ) Milli Aviasiya Akademiyası (MAA) ilə birgə əməkdaşlıq çərçivəsində «LOGİSTİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ» adlı kitab hazırlanmışdır.

 



Kitabın hazırlanmasında məqsəd logistika elminin inkişafı və tədqi­qat üsullarının texnika, iqtisadiyyat, hüquq və digər elmlərlə sıx əlaqədə olması, bu sahədə mövcud elmi-praktiki tədqiqatların nəticələri və beynəlxalq təcrübəni nəzərə alaraq, azərbaycan dilində logistika ilə bağlı terminoloji sistem formalaşdırmaqdan ibarət olmuşdur.


Bü gün cəmiyyətin bütün sahələrini getdikcə daha çox əhatə edən daşıma axınlarının inkişafı nəticəsində yeni texnolo­gi­ya­la­ra  ciddi maraq yaranmaqdadır. Bununla da logistika elminin yüksək sürətlə inkişaf etməsi bu sahədə işlənən və yeni meydana çıxan  anlayışların ifadəsi olan terminlərin sayının da çox sürətlə artmasına səbəb olmuşdur. Belə bir şərait nəinki bu sahədə terminoloji lüğətlərin yaradılmasına, həm də  onlardan səmərəli istifadə etməyin öyrədilməsinə böyük zərurət  yaratmışdır. Xüsusən də bu ixtisasla bağlı ədəbiyyatlarda həmin sahədəki vəziyyəti əks etdirən yeni terminlər və sözlər dinamik inkişafdadır.


Elmin inkişafı ilə bağlı mütəxəssislər və elmi-tədqiqatla məşğul olan tədqiqatçıların araşdırmaları dil bazasının genişlənməsinə, yeni terminlərin, anlayışların yaranmasına səbəb olur. Məhz buna görə də, daşımalarla bağlı normativ sənədlərin tərtibi zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq, zəruri ehtiyaclarını təmin etmək məqsədilə elmi fəaliyyətdə istifadə olunan, elmi bazanı (termin, məfhum anlayışları əhatə edən) özündə əks etdirə bilən lüğətlərin ana dilində işlənib hazırlanması zərurəti yaranmışdır.


Sadalananları nəzərə alan müəlliflər lüğətdə terminlərin, termin-söz birləşmələrini lüğətçilik işində müəyyənləşdirilmiş meyar və prinsiplər əsasında verilməsi qanunauyğunluqlarını gözləmişlər.


Mahiyyət etibarı ilə ölkəmizdə ilk mənbə olan «LOGİSTİKA TERMİNLƏRİ üzrə İZAHLI LÜĞƏTİ»ndə 3000-ə yaxın termin və söz birləşmələri daxil edilmiş, onların AZƏRBAYCAN, İNGİLİS və RUS dillərində izahı verilmişdir. Kitabdan sahibkarlarla yanaşı, tələbələr, müəllimlər, tədqiqatçılar, geniş oxucu kütləsi faydalana bilərlər.


Akademik Arif PAŞAYEVin elmi redaktəsi ilə ərsəyə gələn kitabın işində İIETI-nin və MAA-nın əməkdaşları birgə çalışmışlar.  

 

Kitabdan bir neçə səhifə 


   

 



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.