Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

LOQO

 

 

Yaranmasının 50 illik Yubileyi ərəfəsində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun (İİETİ) loqosu yenilənmişdir. Yeni loqomuzun hissələri və ifadə etdiyi mənaları Sizlərin diqqətinə təqdim edirik.  


 

Loqo təməlini 8 güşəli ulduzumuzdan götürmüşdür.

 

Bu ulduz, 1918-ci ildə ilk dəfə yaradılan üçrəngli bayrağımızın ulduzudur. Həmin vaxt dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsip əsas götürülmüşdür:  bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir.


Müasir radar diaqramlarda istifadə olunan göstərici xətt kimi verilmişdir.

 

Bu elementin əks olunduğu rənglər bayrağımızda əks olunan 3 rəngə əsaslanmışdır:

MAVİ RƏNG - Azərbaycan xalqının türk mənşəyini;

QIRMIZI RƏNG - müasirlik, demokratiyanı inkişaf etdirmək istəyini;

YAŞIL RƏNG - İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.


 

 

Logonun bu elementləri radar diaqramın oxları kimi istifadə olunmuş və əsası 8 guşəli ulduzumuzdan götürülmüşdür.

 

Hörümçək torunu xatırladan 8 güşəli bu element həmçinin ümümdünya hörümçək torunun (www-nin) göstərcisidir. Bu isə qloballaşma, elektron həllər, elm və tərəqqinin inkişafında informasiya texnologiyalarının tətbiqini, regional və qlobal şəbəkələrə çıxışların əhəmiyyətini, zərurətini və qaçınılmazlığını ifadə edir.


Logonun bu elementi İİETİ-nin yaranma tarixini əks etdirir.




 

Loqotip  böyük ölçüdə (faylı yüklə)



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.