Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI

«İQTİSADİYYAT» JURNALI

 

Regional inkişafın təmin edilməsində sosial-iqtisadi problemlərin həlli üzrə nəzəri və metodoloji tədqiqatların aparılması üçün müzakirə platformasının yaradılması məqsədilə İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI (İƏT) üzv ölkləri tərəfindən 2009-cu ildə qurumun «İQTİSADİYYAT» JURNALI təsis edilmişdir. 

 

Jurnalın prioritet istiqamətləri regional və müqayisəli milli iqtisadi inkişaf; davamlı iqtisadi artım; nəqliyyat və kommunikasiya, ticarət və investisiya, sənaye, eneji, ətraf mühit, kənd təsərrüfatı, turizm, insan qaynaqları, layihələrin idarəolunması; maliyyə sektoru və bankçılıq; global maliyyə böhranları və regional inteqrasiya məsələlərindən ibarətdir. Jurnalın 2009-2011-ci illərdə 3 nömrəsi çap olunmuşdur.

 

Növbəti, 2012-ci ildən etibarən Jurnalın səmərəli və yüksək elmi-tətbiqi səviyyədə nəşrini təşkil etmək üçün Redaksiya Heyətinin formalaşdırılmış və Heyətin ilk iclası 2012-ci ilin 8 noyabr2-ci iclası isə 2014-cü ilin 26 aprel tarixində İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə Bakıda keçirilmişdir.


 

 


İclasda Jurnalın Redaksiya Heyətinin 9 nəfərdən ibarət (Türkmənistan istisna olmaqla) üzvləri təsdiq edilmiş, Baş redaktoru və onun müavinləri seçilmişlər. Baş redaktor Azərbaycan Respublikası tərəfindən İnstitutun direktoru professor Vilayət VƏLİYEV, baş redaktorun müavinləri isə professor Sailau BAİZAKOV (Qazaxıstan Respublikası) və professor Ejaz GHANİDİR (Pakistan İslam Respublikası).

 

2012-2014-cü illərdə Jurnalın əlavə 2 sayı İngilis dilində işıq üzü görmüşdür. Belə ki, 5-ci sayı əsasən Redaksiya Heyətinin üzvlərinin məqalələrindən ibarət olmuş, 6-cı sayı isə 1-ci “Bakı Forum-Konfransı”na həsr olunmuşdur. Hal-hazırda Jurnalın növbəti illərdə fəaliyyətinin təmin olunması istiqamətində işlərin aparılması davam etdirilir.   

 

Qeyd edək ki, əsası 1977-ci ildə İzmir Sazışı ilə Türkiyə, İran və Pakistan islam respublikaları tərəfindən qoyulan və daha sonra keçmiş SSRİ-nin dağılması ilə 1985-ci ildən etibarən Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinin də qoşulması ilə İƏT-in üzvlərini bir-sıra ortaq hədəflər birləşdirməkdədir. Belə ki, bir regional iqtisadi əməkdaşlıq təşkilatı olan qurumun hədəflərinə mədəniyyət və iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, sərbəst ticarət zonasına çevrilmək və s. ilə üzvlərin vahid platformada fəaliyyətinə nail olunmasıdır.

 

 

İQTİSADİ ƏMƏKDAŞLİQ TƏŞKİLATİ «İQTİSADİYYAT» JURNALININ

BURAXLIŞLARI

 

VI buraxılış – 2014

(Full text of the Journal available only in English)

 

V buraxılış – 2013

(Full text of the Journal available only in English)

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.