Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU



STRATEJİ YOL XƏRİTƏLƏRİNİN İCRASI



Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını, investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafına yardımın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” qəbul edilmişdir.


Sənəd iqtisadiyyatın 11 sektorunun inkişaf yolunu müəyyən edir:

i.       neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı,

ii.     kənd təsərrüfatı məhsullarının istehsalına və emalı,

iii.    kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı,

iv.    ağır sənaye və maşınqayırmanın inkişafı,

v.     ixtisaslaşmış turizm sənayesinin inkişafı,

vi.    logistika və ticarətin inkişafı,

vii.   uyğun qiymətə mənzil təminatının inkişafı,

viii. peşə təhsili və təliminin inkişafı,

ix.    maliyyə xidmətlərinin inkişafı,

x.     telekommunikasiya və informasiya texnologiyalarının inkişafı,

xi.    kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı.


Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 3 dövrü əhatə edir:

2020-ci ilədək, 2025-ci ilədək2025-ci ildən sonrakı dövr.


Sözügedən dövr ərzində görüləcək işlərə aiddir:

  • "xarici şokların mənfi təsiri" nəticəsində yaranmış vəziyyətdən çıxmaq: sabitləşdirilmə, şaxələnmə və dünya iqtisadiyyatına inteqrasiya etməklə, rəqabət qabiliyyətinin artırılması ilə
  • iş yerlərinin yaradılması, mənzil təminatı, təhsil və səhiyyə xidmətləri, kommunal xidmətlər və ünvanlı sosial yardım sistemindən reabilitasiyaya keçid yolu ilə yoxsulluğun azaldılması səyləri
  • iqtisadi inkişaf perspektivinin fundamental əsası - makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun investisiya qoyuluşlarının təşviqi və dəstəkləyici dövlət sektorunun yaradılması
  • 2025-ci ilə qədər qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ümumi daxili məhsulundakı payının 4 faizə çatdırılması hədəfi (hazırda bu rəqəm 2,627%-dir)
  • qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından azı 450 ABŞ dollarına qaldırılması, ticari mal və xidmətlər sektorunda, məsələn istehsal və ya turizm sektorlarında 2025-ci ilə qədər 150 min əlavə iş yerinin yaradılması
  • bu dövrdə Neft Fondundan büdcə köçürmələrinin 15 faiz azaldılması

AR Prezidentinin sözügedən Fərmanının icrası ilə əlaqədar iqtisadiyyat nazirinin 7 mart 2017-ci il tarixli F-41 nömrəli Əmri ilə profilə uyğun işlərin, təhlillərin aparılması və eləcə də, müvafiq İşçi Qruplarına rəhbərlik İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna həvalə edilmişdir.


Tapşırığın icrasına müvafiq olaraq, görülmüş işlərin nəticələrini, habelə, maarifləndirici tədbirlərin materiallarını İnstitutun rəsmi internet səhifəsi vasitəsi ilə geniş oxucu kütləsinə və maraqlananlara təqdim edirik.





© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.