Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

50-ci il YUBİLEYİ

İİETİ-50: YUBİLEY KİTABI  

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu indiki adı ilə 2006-cı ildən tanınsa da, elmi-tədqiqat institutu 50 ili ötən böyük bir tarixə və zəngin ənənələrə malikdir.

 

Azərbaycan SSR Nazirlər Şurasının 2 oktyabr 1964-cü il 685 nömrəli qərarı ilə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun (ETİİ) əsası qoyulmaqla fəaliyyətə başlamışdır.

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun yaranmasının 50 illik yubileyinin keçirilməsi iqtisadiyyat nazirinin müvafiq əmri ilə təsdiq edilmiş tədbirlər planının icrası ilə həyata keçirilmişdir. Belə ki, məhz yubiley münasibəti ilə İnstitutun tarixinin 50 illik yubileyinə həsr olunmuş kitab hazırlanmışdır.

 

 


İnstitutun əməkdaşlarının dəstəyi və töhvələri ilə real tarixi faktlara, arxiv sənədlərinə, İnstitutun 50 il ərzində yerinə yetirdiyi elmi-tədqiqat işləri hesabatlarına əsaslanaraq, yubiley kitabı hazırlanaq, işıq üzü görmüşdür.

 

Kitabda yarım əsrdə İİETİ-də «Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi BAŞ SXEM»lərinin hazırlanması, iqtisadiyyatın təşkili, planlaşdırılması və proqnozlaşdırılması sahəsində aparılmış elmi-tədqiqat fəaliyyəti və işləri, yüksək ixtisaslı kadrların (iqtisad elmləri namizədləri və doktorlarının) yetişdirilməsi tarixi sənədlər əsasında işıqlandırılmışdır.

 

Kitabda İİETİ-nin elmi-tədqiqat fəaliyyəti tarixi şərti olaraq iki dövrə ayrılmışdır. Birinci dövr 1964-1991-ci illəri, ikinci dövr isə Azərbaycan Respublikasının öz müstəqilliyini yenidən bərpa etdikdən sonrakı illəri əhatə edir. Eyni zamanda, müasir dövrün tələblərinə uyğun olaraq İİETİ-də həyata keçirilən elmi-tədqiqat işləri, qarşıda duran əsas vəzifələrin konseptual məsələləri və beynəlxalq iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətləri təqdim edilir.

 

Kitab Azərbaycan Respublikasında iqtisadi fikir tarixi ilə məşğul olan, iqtisadiyyatın müxtəlif sahələrində çalışan mütəxəssislər, müvafiq ixtisaslar üzrə təhsil alan bakalavr, magistrantlar, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

 

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU - 50

 

AZƏRBAYCANDA İQTİSADİ İNKİŞAFIN ELMİ ƏSASLARINI

İŞLƏYƏN İLK TƏDQİQAT İNSTİTUTU

(Ə.M.Babaşov, S.Z.Abbasəliyeva, E.S.İmanov)

 

 

§  Kitabın üz qapağı (*.pdf)

§  Mündəricat (*.pdf)

§  Ön Söz (*.pdf)

§  Fəsil 1 (*.pdf)

§  Fəsil 2 (*.pdf)

§  Fəsil 3 (*.pdf)

§  Fəsil 4 (*.pdf)

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.