Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyi
İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT
İNSTİTUTU
Fəlsəfə doktoru və elmlər doktoru
pilləsində təhsil almaq
QAYDALARI və PROQRAMI
Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda profilə uyğun
olaraq, elmi kadrların fəlsəfə doktoru və elmlər doktoru yolu ilə hazırlığı
həyata keçirir.
Doktorantura hazırlığı ali təhsilin
üçüncü səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
təsdiq edilmiş doktorantura ixtisaslarının (proqramlarının) təsnifatına uyğun
müvafiq ixtisaslar üzrə geniş profilli alim və mütəxəssis hazırlığının həyata
keçirilməsini təmin edir.
Fəlsəfə doktoru proqramı üzrə
doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4
ildir.
Elmlər doktoru proqramı üzrə
doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5
ildir.
Elmlər doktoru proqramı üzrə
doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan,
fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru”
(elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının
vətəndaşları qəbul edilirlər.
Doktoranturaya qəbul Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq olunmuş Plana əsasən
iqtisad elmlərinə aid ixtisaslar üzrə institut tərəfindən müəyyən edilən
müddətlərdə hər il keçirilir.
Ətraflı məlumat üçün yaddaş kitabçasını yükləyin.
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.