Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU
və
ALMANİYANIN İQTİSADI KEÇİD YAŞAYAN
ÖLKƏLƏRİN KƏND TƏSƏRRÜFATININ
İNKİŞAFI ÜZRƏ LEYBNITS İNSTİTUTU (IAMO)
“QAFQAZDA VƏ MƏRKƏZİ ASİYADA
REGİONAL DAVAMLI İNTEQRASİYA ÜÇÜN KƏND TƏSƏRRÜFATINDA TİCARƏT VƏ XARİCİ İNVESTİSİYALAR” (SARICCA)
mövzusunda
BEYNƏLXALQ BAKI
KONFRANSI
(6-7
sentyabr 2018-ci il, Bakı şəhəri, Azərbaycan Respublikası)
“Qafqazda və Mərkəzi
Asiyada Regional Davamlı İnteqrasiya üçün Kənd Təsərrüfatında Ticarət və Xarici
İnvestisiyalar” (SARICCA) mövzusunda Beynəlxalq Bakı Konfransı 6-7 sentyabr
2018-ci il tarixlərində Bakı şəhərində keçirilmişdir.
Konfrans Almaniyanın İqtisadi keçid yaşayan Ölkələrin Kənd
Təsərrüfatının İnkişafı üzrə Leybnits İnstitutu (İAMO) və İqtisadiyyat
Nazirliyinin İqtisadi İslahatlar Elmi
Tədqiqat İnstitutunun (İİETİ) birgə təşkilaçılığı və Alman Elmi Mübadilə Xidmətinin (DAAD) maliyyə dəstəyi ilə təşkil
edilmişdir.
Tədbirdə yerli iştirakçılar və
nümayəndələrlə yanaşı, Amerika Birləşmiş
Ştatları, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Niderland Krallığı, İtaliya, İsveç,
Türkmənistan, Tajikistan, Özbəkistan, və Sloveniyadan 50 nəfərədək xarici
məruzçi iştirak etmişdir.
Konfransın açılış və bağlanış
sessiyalarında İİETİ-nin direktoru i.e.d., prof. Vilayət VƏLİYEV, İAMO-nun baş elmi işçiləri i.f.d. Lena KUHN və i.f.d. İhtiyor BOBOJONOV məruzələrlə çıxış
etmişlər.
Bununla yanaşı, konfransın əsas
məruzəçisi Birləşmiş Millətlər Təşkilatı Qida və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) İxrac və Bazarlar Sektorunun iqtisadçısı xanım Ekaterina Krivonos Gonzales keçmiş SSRİ-i ölkələrində kənd
təsərrüfatı üzrə ticarət siyasətlərinə və xüsusi sessiyalarda Dünya Bankının
nümayəndəsi xanım Katerina Goyçuk
SCHROEDER Mərkəzi Asiya ölkələrində Çinə ixrac imkanlarına dair məruzələrlə
çıxış etmişlər.
Ümumilikdə Konfransda müxtəlif
sessiyalarda məruzələr dinlənilmişdir:
resurslar və istehsal amilləri
kənd təsərrüfatında investisiya
Qafqazda və Mərkəzi Asiyada aqrar siyasət
göstəriciləri
kənd təsərrüfatında ixracın artırılması
sosial-iqtisadi təsirlər
Mərkəzi Asiyada iqlim sığortası:
praktiki məsələlər
rentabellik: məlumatlar və meyllər
qida təhlükəsizliyi vəistehlak
dəyər zəncirləri
Konfrans çərçivəsində paralel görüşlərdə
Azərbaycan aqrar sahədə fəaliyyət göstərən qurumlar və mütəxəssislərlə
əməkdaşlıq imkanları müzakirə edilmiş, birgə işlərin aparılmasına dair razılığa
gəlinmişdir.
Konfransla eyni adlı layihənin tərkib
hissəsi olan bu tədbir ənənəvi qaydada 2014-cü ildən etibarən təşkil edilir.
İlk dəfə Almaniyanın Halle, daha sonra 2016-cı ildə Özbəkistanın Səmərqənd və
2018-ci ildə Azərbaycanın Bakı şəhərlərində təşkil edilmişdir.
Növbəti Konfransın 2020-ci ildə
Türkmənistanın Aşqabat şəhərində təşkil edilməsi planlaşdırılır.
Ətraflı məlumat əldə
etmək üçün əlaqə məlumatları:
i.f.d. İhtiyor
BOBOJONOV
Layihə koordinatoru
Baş elmi işçi
İAMO
Ünvan:
Theodor-Lieser-Str. 2, 06120
Halle (Saale), Almaniya
Tel: +49 345 2928-247
E-poçt: bobojonov@iamo.de
İnternet səhifə: www.iamo.de/en
§ Konfransın proqramı
(*.PDF)
§ Foto-Qaleriya
§ VİDEO (müsahibə, AzTV)
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.