Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

REGİONLARIN İNKİŞAFI:

İQTİSADİ RAYONLARIN PASPORTLARI


Ölkəmizdə aparılan iqtisadi islahatların strateji istiqamətlərindən biri də regionlarda mövcud olan iqtisadi potensialdan tam və səmərəli şəkildə istifadə olunması, onların sosial-iqtisadi inkişaf səviyyələri arasındakı fərqlərin minimuma endiril­məsindən ibarətdir.


Belə ki, ölkənin məhsuldar qüvvələrinin çox hissəsinin, o cümlədən neft və qaz sənayesinin Bakı şəhəri və onun ətrafında cəmlənməsi mərkəzin regionlara nisbətən daha sürətli inkişafına səbəb olmuşdur. Məhz bu səbəbdən də, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 2004-cü ildə «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)», 2009-cu ildə isə yeni «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» və nəhayət, 2014-cü ildə «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» qəbul edilmişdir.

 

Proqramların həyata keçirilməsi isə öz növbəsində regionların gələcək inkişafı üçün əlverişli şərait yaratmış, onların potensialından səmərəli istifadə edilməsi üçün zəruri şərtlərin formalaşmasına səbəb olmuşdur.  


2011-ci ildən başlayaraq, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun elmi-tədqiqat iş planında daxil edilməklə, illik məlumatların əsasında 9 iqtisadi rayon üzrə pasportlar hazırlanır. Pasportların hazırlanması işində həm inkişaf etmiş ölkələrin, həm də inkişaf etməkdə olan ölkələrin təcrübələri öyrənilmiş, təhlil edilmiş, Azərbaycan şəraiti üçün məqbul hesab olunan struktur müəyyən olunmuşdur. Məlumatlar müəyyən olunmuş struktura uyğun toplanılar və emal olunaraq, sistemləşdirilir.


Bu zaman iqtisadi rayonun ərazisi, inzibati-ərazi bölgüsü, coğrafi yerləşməsi, relyefi, iqlimi, faydalı qazıntı ehtiyatları, iqtisadi potensialı, o cümlədən iqtisadi rayonun əhalisi, əmək ehtiyatları, məhsul buraxılışı, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, təhsil, elm, mədəniyyət, turizm, ticarət və xidmət, ekologiya sahələrinin əsas göstəriciləri müxtəlif cədvəl, diaqram və şəkillərdən istifadə edilməklə əyani şəkildə təqdim edilir. Eləcə də, regionun investisiya istiqamətləri göstərilməklə mövcud müəssisə və təşkilatların siyahısı da əlavə edilir.

 




Regionların sosial-iqtisadi inkişafı

İQTİSADİ RAYONLARIN PASPORTLARI

(2011-2015-ci illər üzrə)


    V buraxılış (2015-ci il)

Abşeron iqtisadi rayonunun pasportu

Quba-Xaçmaz iqtisadi rayonunun pasportu

Dağlıq Şirvan iqtisadi rayonunun pasportu

Şəki-Zaqatala iqtisadi rayonunun pasportu

Aran iqtisadi rayonunun pasportu

Gəncə-Qazax iqtisadi rayonunun pasportu

Yuxarı Qarabağ iqtisadi rayonunun pasportu

Kəlbəcər-Laçın iqtisadi rayonunun pasportu

Lənkəran iqtisadi rayonunun pasportu

 

    IV buraxılış (2014-cü il)

Abşeron iqtisadi rayonunun pasportu

Quba-Xaçmaz iqtisadi rayonunun pasportu

Dağlıq Şirvan iqtisadi rayonunun pasportu

Şəki-Zaqatala iqtisadi rayonunun pasportu

Aran iqtisadi rayonunun pasportu

Gəncə-Qazax iqtisadi rayonunun pasportu

Yuxarı Qarabağ iqtisadi rayonunun pasportu

Kəlbəcər-Laçın iqtisadi rayonunun pasportu

Lənkəran iqtisadi rayonunun pasportu


  III buraxılış (2013-cü il)

Abşeron iqtisadi rayonunun pasportu

Quba-Xaçmaz iqtisadi rayonunun pasportu

Dağlıq Şirvan iqtisadi rayonunun pasportu

Şəki-Zaqatala iqtisadi rayonunun pasportu

Aran iqtisadi rayonunun pasportu

Gəncə-Qazax iqtisadi rayonunun pasportu

Yuxarı Qarabağ iqtisadi rayonunun pasportu

Kəlbəcər-Laçın iqtisadi rayonunun pasportu

Lənkəran iqtisadi rayonunun pasportu


  II buraxılış (2012-ci il)

Abşeron iqtisadi rayonunun pasportu

Quba-Xaçmaz iqtisadi rayonunun pasportu

Dağlıq Şirvan iqtisadi rayonunun pasportu

Şəki-Zaqatala iqtisadi rayonunun pasportu

Aran iqtisadi rayonunun pasportu

Gəncə-Qazax iqtisadi rayonunun pasportu

Yuxarı Qarabağ iqtisadi rayonunun pasportu

Kəlbəcər-Laçın iqtisadi rayonunun pasportu

Lənkəran iqtisadi rayonunun pasportu


  I buraxılış (2011-ci il)

Abşeron iqtisadi rayonunun pasportu

Quba-Xaçmaz iqtisadi rayonunun pasportu

Dağlıq Şirvan iqtisadi rayonunun pasportu

Şəki-Zaqatala iqtisadi rayonunun pasportu

Aran iqtisadi rayonunun pasportu

Gəncə-Qazax iqtisadi rayonunun pasportu

Yuxarı Qarabağ iqtisadi rayonunun pasportu

Kəlbəcər-Laçın iqtisadi rayonunun pasportu

Lənkəran iqtisadi rayonunun pasportu



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.