Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

«ÖLKƏ TƏQDİMATI»: 20 il

 

«AZƏRBAYCAN RESPUBLİKASI: İQTİSADİ İNKİŞAF, SOSİAL NALİYYƏTLƏR və MƏDƏNİ QURUCULUQ» adlı toplu hazırlanması ideyası 2009-cu ildə İqtisadi İnkişaf Nazirliyindən (indiki İqtisadiyyat Nazirliyi) daxil olmuşdur. Toplunun hazırlanmasında əsas məqsəd iqtisadi və sosial sahədə olkədə əldə olunmuş nailiyyətlərin, həyata keçirilən dövlət proqramlarının icrasının nəticələrinin əks etdirilməsindən ibarət olmuşdur.

 

Topluda Azərbaycanın ticarət-iqtisadi əlaqələri, investisiya mühiti, sahibkarlığın inkişafı və s. istiqamətlər üzrə ətraflı məlumatlar öz əksini tapmış, ölkəmizin sosial, ictimai, tarixi, mədəni, coğrafi xüsusiyyətlərini də əks etdirməklə, əsasən iqtisadi yönümlü ölkə təqdimatı, və eləcə də iqtisadiyyatın müxtəlif sahələri üzrə (investisiya, sahibkarlıq, regional və s.) təqdimatlar hazırlanmışdır. Bütün bunlar ölkə haqqında ümumi məlumat, eləcə də onun iqtisadiyyatının müxtəlif sahələri haqqında təfsilatı ilə informasiyanın əldə edilməsi baxımından xüsusilə xarici investorlar üçün faydalı hesab olunur.

 

2011-ci ildə hazırlanmış toplunun bir sıra nazirlik və elmi dairələrin, eləcə də beynəlxalq maliyyə təşkilatlarının, alimlər və ekspertlərin, mətbuat nümayəndələrinin iştirakı ilə təqdimatı keçirilmiş və geniş ictimaiyyətə təqdim olunmuşdur.

 

Daha sonra Dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş sərgidə nümayiş etdirilməsi məqsədilə toplunun xüsusi nəşri «AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ İNKİŞAFI: 20 il» hazırlanmış və təqdim olunmuşdur.


 


 

 

«Ölkə Təqdimatı»: 20 il (ÖnSöz)

Birinci hissə:           «Ölkə Təqdimatı»: 20 il            (1991-1994-cü illər: iqtisadi tənəzzül dövrü)

İkinci hissə:            «Ölkə Təqdimatı»: 20 il            (1995-2001-ci illər: davamlı iqtisadi inkişaf dövrü)

Dördüncü hissə:   «Ölkə Təqdimatı»: 20 il            (2003-2010-cu illər: sürətli iqtisadi inkişaf dövrü) (1)

                                   «Ölkə Təqdimatı»: 20 il            (2003-2010-cu illər: sürətli iqtisadi inkişaf dövrü) (2)

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.