Рейтинг@Mail.ru

İqtisadiyyata dair maraqlı faktlar

  • 20 Aprel 2016


Dünyanın ən böyük transmilli şirkətlərindən biri olan “Microsoft” (Microsoft Corporation) Şirkəti 1975-ci ildə təsis edilərək, 3 əməkdaşla fəaliyyətə başlamışdır. 2014-cü ildə isə Şirkətin işçilərinin sayı 127104 nəfər olmuşdur. 

 

Proqram təminatlarının istehsalı sahəsində ixtisaslaşmış şirkətin illik dövriyyəsi fəaliyyətinin ilk ilində 16.005 ABŞ dolları təşkil etmiş, 2000-ci ildə isə şirkətin gəliri 25,3 milyard ABŞ dolları, mənfəəti isə 7,3 milyard ABŞ dollarından bir qədər çox olmuşdur. 

 

Hazırda dünyanın 80 ölkəsində 45 dildə məhsulları satılan şirkətin mərkəzi ABŞ-ın Vaşinqton ştatının Redmond şəhərində yerləşir. 


10.jpg
  • 20 Aprel 2016
  • 1398