Рейтинг@Mail.ru

Qazaxıstanda Astana İqtisadi Forumu və Dəyirmi masa keçirilmişdir

  • 01 İyun 2016


24-27 may tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində “Yeni iqtisadi reallıqlar: diversifikasiya, innovasiya və bilik iqtisadiyyatı” mövzusunda Astana İqtisadi Forumu (AİF) və “Turbulentlik şəraitində dəyişikliklərin effektiv idarə olunması” mövzusunda dəyirmi masa keçirilmişdir.

 

Bu ilki tədbirdə 31 ölkədən 200-dək məruzəçi, 1000 nəfərədək xarici qonaqla yanaşı, ümumilikdə 4500-dən artıq nümayəndə iştirak etmişdir. Xarici iştirakçılar arasında İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu İnnovasiyanın inkişafı şöbəsinin aparıcı elmi işçisi Fariz Məmmədov da olmuşdur.

 

F.Məmmədov Forum çərçivəsində təşkil edilən “Turbulentlik şəraitində dəyişikliklərin effektiv idarə olunması” mövzusunda Dəyirmi Masada, eləcə də, “Hiperqloballaşma dövrünün sonu: İqtisadi və maliyyə quruluşları üçün yeni şərtlər”, “Böyük İpək yolu ölkələrinin forumu: Enerji, resurslar və dayanıqlı inkişaf” və “Yeni maliyyə texnologiyaları” mövzularında iclaslarda iştirak etmişdir.

 


 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


11.png
  • 01 İyun 2016
  • 1429