Рейтинг@Mail.ru

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) nümayəndə heyəti ilə görüş keçirilmişdir

  • 27 Yanvar 2016


Yanvarın 27-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi cənab Xəlil İbrahim Axçanın rəhbərliyi ilə nümayəndə heyəti İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda qonaq olmuşlar.

 

Görüşdə qonaqları səmimi qəlbdən salamlayan İnstitutun direktoru Vilayət Vəliyev son illərdə ECO ilə aparılan birgə işlərin, əməkdaşlıq əlaqələrinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamaqla yanaşı böyük məmnunluğunu bildirmişdir.

 

Azərbaycana səfərinin ilk rəsmi səfər olmasını bildirən cənab Xəlil İbrahim Axça, başçılıq etdiyi təşkilatın işinə verdiyi töhfəyə, aparılan fəal işlərə görə İnstitutla əməkdaşlığın davam etdirilməsi, həmçinin, gələcəkdə bu əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. Görüşdə həmçinin, 2016-cı ildə icrası nəzərdə tutulan işlər cari məsələlər müzakirə edilmişdir.

 

 

Görüşün şəkilləri


Kanalımızı izləyin



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


15.jpg
  • 27 Yanvar 2016
  • 1306