Рейтинг@Mail.ru

“Elektrik və tikinti sahələrində Texniki Peşə Təhsili” mövzusunda 1-ci Beynəlxalq Simpozium keçiriləcəkdir

  • 23 İyun 2015


2015-ci ilin 30 noyabr tarixində Türkiyənin Anadolu Universitetinin təşkilatçılığı ilə Universitetin Yunus Emre Kampusunda “Elektrik və tikinti sahələrində Texniki Peşə Təhsili” mövzusunda 1-ci Beynəlxalq Simpozium keçiriləcəkdir.   

 

Simpoziumda aşağıdakı mövzularda müzakirələrin aparılması nəzərdə tutulur:

 

1.        Peşə təhsilində elektrik və tikinti sahələrinin əhəmiyyəti, dünyada və Türkiyədə cari vəziyyəti;

2.        Elektrik və tikinti sektorları ilə Peşə Təhsili müəssisələrinin işbirliyi;

3.        Peşə təhsilində elektik və tikinti sahələrinin gələn sifarişlər və təkliflər;

4.        Peşə təhsili və məsafədən (distant) təhsil;

5.        Elektik və tikinti sektorlarında texnologiyalar və texnoloji yeniliklər;

6.        Tətbiq elmlərdə tədqiqatlar;

7.        Enerji effektivliyi və yenilənəbilən enerji mənbələri.

 

İştirak etmək istəyənlər qeydiyyatdan keçməli və eləcə də 30 sentyabr 2015-ci il tarixinədək məqalələrini tələb olunan formata uyğun olaraq, təşkilat komitəsinin iwcea2015@anadolu.edu.tr elektron poçt ünvanına göndərməklə təqdim etməlidirlər. 

 

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxslər:

 

Sədrlər:

Prof., Dr. Gülgün YILMAZ, e-poçt: gulgunyilmaz@anadolu.edu.tr

Prof., Dr. Zafer DEMİR, e-poçt: zaferdemir@anadolu.edu.tr

 

Seminarın katibliyi:

Məruzəçi Emre Aytuğ ÖZSOY, e-poçt: eaozsoy@anadolu.edu.tr

Elmi işçi Zafer Hüseyn ERGAN, e-poçt: zhergan@anadolu.edu.tr

 

 

Qeydiyyat forması (faylı yüklə)

Məqalələrin tərtib olunması qaydaları (faylı yüklə)

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


23.png
  • 23 İyun 2015
  • 1109