Рейтинг@Mail.ru

“Texnologiyaların idarəolunması” mövzusunda 5-ci Beynəlxlaq Konfrans keçiriləcəkdir

  • 23 İyul 2015


2015-ci ilin 16-17 dekabr tarixlərində İran İslam Respublikasının Kiş adasında “Texnologiyaların idarəolunması” (IRAMOT 2015) mövzusunda 5-ci Beynəlxlaq Konfrans keçiriləcəkdir.

 

Konfransın ümumi müzakirə mövzuları aşağıdakı kimidir:


  1. Strateji texnoloji planlaşdırma
  2. Texnologiyaların transferinin idarəolunması və təhsil
  3. Strateji texnoloji əməkdaşlıqlar
  4. Tədqiqat və inkişafın (R&D) idarəolunması
  5. İnnovasiyanın idarəolunması və yeni məhsulun inkişafı
  6. Texnologiyaların və biliyin kommersiyalaşdırılması
  7. Texnoloji sahibkarlıq
  8. Biliyin idarəolunması və texnoloji inkişaf
  9. Elmi və texnoloji sahələrdə əqli mülkiyyətin qorunması
  10. Proqnozlaşdırma, gələcək tədqiqatlar və texnologiyaların qiymətləndirilməsi
  11. Texnoloji siyasət
  12. Şəbəkələr və təbiət, sahəvi və texloji innovasiyalar sistemləri
  13. Texnolojiyaların iqtisadi, social və mədəni tsirləri və onların davamlı inkişafda rolu
  14. Texnoloji və innovativ idarəetmə üçün təlimlər

 

Konfransda iştirak etmək istəyənlər məqalələrin tam mətnini ingilis dilində 22 sentyabr 2015-ci il tarixinədək http://conference.iramot.ir/en veb səhifəsi vasitəsilə qeydiyyatdan keçərək, təqdim etməlidirlər. 

 

Tədbirin təşkilatçısı seçilən məqalə müəlliflərinin (həmmüəlliflik yolu ikə təqdim olunan hər məqalə üzrə ancaq bir müəllifin) qonaqlama xərclərini ödəyəcəkdir. Həmçinin seçilən məqalə müəllifinin yol xərclərinin ödənilməsi də mümkündür.

 

Seçilən məqalə müəllifləri 30 oktyabr 2015-ci il tarixində məlumatlandırılacaqlar.

 

Təşkilatçılar bildirik ki, Kiş adasının xarici iş orqanlarının məlumatına əsasən, adaya səfər edən xarici vətəndaşlar İran vizasına müraciət etmədən səfər edərək, müvafiq olaraq, viza proseduru üçün Kiş Hava Limanında müraciət edə bilərlər.

 

Əlavə məlumat almaq üçün əlaqələndirici:

 

Nazanin Daneshkhah 
Beynəlxalq əlaqələndirici

Texnologiyaların İdarəolunması İran Assosiasiyası (IRAMOT)

Tel: +98-21-88615889

Elektron poçt: iramotconference@gmail.com

Veb keçid: http://conference.iramot.ir/en

 

 

Məqalələrin tərtib olunması qaydaları (faylı yüklə)

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

 

24.jpg
  • 23 İyul 2015
  • 1136