Рейтинг@Mail.ru

İqtisadiyyata dair maraqlı faktlar və nümunələr

  • 12 Avqust 2016

«KidZania» 4-14 yaşlı uşaqların istifadəsi üçün qurulan kiçik parkdır (şəhərcikdir).

 

Oynayaraq öyrənmək kimi təlim prinsipinə söykənən bu sosial əhəmiyyətli layihənin əsas məqsədi usaqların ətraf mühit və müxtəlif peşələr üzrə texniki imkanlardan istifadə etməklə əyani sınaqların keçirilməsi, praktiki bilik və bacarıqların əldə olunmasından ibarətdir.

 

Layihənin ideyası Meksikalı sahibkar tərəfindən irəli sürülmüşdür.

 

Layihə ideyası hal-hazırda dünyanın oyunlarla təlim-öyrənmək üzrə brendləri (markaları) içərisində ən sürətlə inkişaf edənlərin sırasındadır.  

 

Meksika ilə yanaşı, İngiltərə, Yaponiya, İndoneziya, Portuqaliya, Cənubi Koreya, Malaziya, Çili, Küveyt, Türkiyə, Rusiya və s. daxil olmaqla dünyanın 18 ölkəsində bu kimi parkların hazırda sayı 21-dir.


 

245.jpg
  • 12 Avqust 2016
  • 1420