Рейтинг@Mail.ru

İqtisadiyyata dair maraqlı faktlar və nümunələr

  • 26 Avqust 2016

“FORBES GLOBAL 2000”

 

 

“FORBES GLOBAL 2000” bərabər səviyyələrdə ölçülən gəlir, mənfəət, aktivlərbazar dəyəri kimi dörd komponentin birləşməsinə istinad edən sıralamadır.

 

“FORBES GLOBAL 2000” “Forbes” Jurnalı tərəfindən bütün dünyada ən üst səviyyədə yerləşən 2000 dövlət şirkətlərinin illik sıralamasıdır. Bu siyahı 2003-cü ildən etibarən dərc edilir. 

 

Dünyanın 63 ölkəsinin dövlət şirkətlərinin 2016-cı il üzrə sıralamasında cəmi gəlirlər 35 trilyon ABŞ dollar, 2.4 trilyon ABŞ dollar mənfəət, 162 trilyon ABŞ dollar aktivlər və birləşmiş bazar dəyəri 44 trilyon ABŞ dollar təşkil etmişdir.

 

2016-cı ildə bu metodla hesablanmış ilk onluqda təmsil olunan şirkətlər Çin Sənaye və Ticarət Bankı (ICBC), Çin İnşaat Bankı, Çin Kənd-Təsərrüfatı Bankı, “Berkshire Hathaway”, “JPMorgan Chase”, Çin Bankı, “Wells Fargo”, “Apple”, “Exxon Mobil”, “Toyota Motor”dur.


Qeyd edək ki, “FORBES GLOBAL 2000” dünyanın aparıcı dövlət şirkətlərini xarakterizə edən faydalı göstəricidir, lakin bu sadəcə dövlət şirkətlərinin təmsil olunduğu bir şərhdir. 



250.jpg
  • 26 Avqust 2016
  • 1515