Рейтинг@Mail.ru

I Avrasiya Konfransı keçirilmişdir

  • 31 Avqust 2016

28-31 avqust tarixlərində Bakıda “Xəzər Regionundan çıxan Enerji İqtisadiyyatı: Çağırışlar və İmkanlar” mövzusunda I Avrasiya Konfransı keçirilmişdir.

 

Xəzər regionunda enerji iqtisadiyyatı məsələlərinə həsr olunan I Avrasiya Konfransının təşkilatçısı Enerji İqtisadiyyatının Beynəlxalq Assossiasiyasıdır (IAEE).

 

Konfransda məqsəd dövlət, özəl sektor, tədqiqat müəssisələri və müxtəlif təşkilatlardan enerji sahəsində mütəxəssislər üçün vahid şəbəkənin formalaşdırılması, bu gün ucuzlaşan neftdən əziyyət çəkən, lakin son onilliklərdə yüksək enerji qiymətlərilə sürətlə inkişaf edən Xəzər regionundakı neft-qaz ixracatçılarının qarşılaşdıqları enerji problemlərinə üzrə perspektiv inkişaf məsələlərinin müzakirəsindən ibarət olmuşdur.

 

Bu məqsədlə tədbirdə (i) neft iqtisadiyyatları, (ii) enerjinin geosiyasəti, (iii) enerji bazarları və tənzimləmə, (iv) qaz təlabatı və nəqlində çağırışlar, (v) regional enerji bazarları, (vi) davamlı inkişaf üçün enerji siyasəti, (vii) enerji təlabatı, təklif və iqtisadi böyümə, (viii) elektrik enerjisinin regional ticarəti, (ix) enerji səmərəliliyi və saxlanması, (x) alternativ və yenilənəbilən enerji üçün regional strategiyalar kimi mövzuların ətrafında geniş müzakirələr aparılmışdır.

 

Konfransa ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Gürcüstan, Qatar, Qazaxıstan, İran, İsveçrə, Çin, Yaponiya, Cənubi Koreya, Nigeriya, Yunanıstan, Türkiyə və başqa dövlətlərin universitet və tədqiqat mərkəzlərindən məqalələr təqdim edilmiş və tədbirdə çoxsaylı məruzələr dinlənilmişdir. 

 

Yerli nümayəndələrlə yanaşı, konfransda İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev iştirak etmişdir. V.Vəliyev “Xəzərin enerji potensialının açılması” mövzusunda sonuncu 4-cü plenar sessiyaya sədrlik etmiş, həmçinin “Qafqaz və Mərkəzi Asiyada enerji resurslarından səmərəli istifadə” mövzusunda təqdimatla çıxış etmişdir.

 

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


251.jpg
  • 31 Avqust 2016
  • 1460