Рейтинг@Mail.ru

İqtisadiyyata dair maraqlı faktlar və nümunələr

  • 17 Oktyabr 2016

Alfred Nobel xatirəsinə İqtisadiyyat Mükafatı

 

Alfred Nobel öz vəsiyyətində iqtisad elmləri üzrə nailiyyətlərə görə Mükafat verilməsini lazım bilməmişdir. İqtisadiyyat üzrə Nobel Mükafatının verilməsinin əsası İsveç Bankı tərəfindən 1968-ci ildə qoyulmuşdur.

 

Ragnar FrişJan Tinbergen iqtisadi proseslərin təhlili üçün dinamik modellərin işlənilməsi və tətbiqinə görə 1969-cu ildə İqtisadiyyat üzrə Mükafata ilk layiq görülənlərdir.

 

2015-ci ilin sonunadək iqtisad elmləri üzrə 76 nəfər bu mükafata layiq görülmüşlər.

 

Nobel Mükafatı bir qayda olaraq, oktyabrın ikinci bazar ertəsi açıqlanır, Mükafat mərasimi isə həmin il dekabrın 10-da Stokholmda təşkil edilir.

 

Mükafata dair maraqlı faktlar

 

- 76 iqtisadçı laureatın ancaq bir nəfəri qadındır. Hazırda İqtisadiyyat üzrə Nobel Mükafatı laureatı yeganə qadın Elinor Ostrom bu mükafata 2009-cu ildə layiq görülmüşdür.

 

Nobel Mükafatı laureatlarının (mükafat alarkən) orta yaş həddi 66,5 olmuşdur. Onlardan ən gənci Kennet Erroudur ki, 1972-ci ildə mükafata layiq görülərkən, o, 51 yaşında, ən qocaman laureatçı isə Leonid Qurviç olmuşdur ki, 2007-ci ildə mükafat alarkən onun 90 yaşı tamam olmuşdur. 

 

- Ümumiyyətlə isə laureatların ən gənci 1953-cü il 28 fevral təvəllüdlü Pol Kruqman olmuşdur.

 

- Təkrar mükafatlandırma nəzərə alınmadan, ümumilikdə 2015-ci ilədək Mükafata layiq görülənlərin sayı 870 nəfərdir, onlardan 48 nəfəri qadınlardır.

Nobel Mükafatına 1962-ci ildə fizika sahəsində naliyyətinə görə layiq görülmüş yeganə Azərbaycanlı isə 1908-ci ildə Bakı şəhərində anadan olmuş Lev LANDAUdur


 

258.jpg
  • 17 Oktyabr 2016
  • 1572