Рейтинг@Mail.ru

“2016 STEPI Fellowship” təqaüd proqramı üzrə müraciətlər qəbul olunur

  • 12 Oktyabr 2015


Elm və Texnoloji Siyasət İnstitutu (STEPI) doktorant, elmi işçi və tədqiqatçıları “2016 STEPI Fellowship” təqaüd proqramında iştiraka dəvət edir.

 

Proqramın məqsədi elm, texnologiya və innovasiya siyasəti istiqamətlərində tədqiqatların təşviqi, sahə üzrə digər ölkələrdə fəaliyyət göstərən tədqiqatçılar və tələbələrin iştirakı ilə elmi əməkdaşlıq şəbəkəsinin formalaşdırılmasından ibarətdir. Təqaüd proqramına əsasən Şərqi Asiya ölkələrində elm, texnologiya və innovasiya siyasəti tədqiq edilməlidir. Qalib tədqiqatın yekunları “STI Policy Review” (www.stipolicyreview.net) beynəlxalq jurnalında dərc olunacaqdır.

 

Proqramda iştirak etmək istəyənlər MS-Word formatında tərtib olunmaqla 5 səhifəyədək nəzəri və/və ya empirik tədqiqat təklifini, qısa bioqrafiya və zəmanət məktubu ilə birlikdə 26 oktyabr 2015-ci il tarixinədək təşkilat komitəsinin  stipolicy@stepi.re.kr elektron poçt ünvanına göndərməlidirlər.

 

Uğurlu tədqiqat təkliflərinin müəllifləri 30 noyabr 2015-ci il tarixində məlumatlandırılacaqlar. Seçilən təkliflər Münsiflər Heyətinin qərarına əsasən 3000 ABŞ dollarından 5000 ABŞ dollarınadək mükafatlara layiq görüləcəklər.

 

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxslər:

Dr. Yongsuk Jang, Proqramın direktoru

Dr. Kawon Cho, Proqramın direktor müavini

Dr. Moon Jeong, Proqramın köməkçisi

Elektron poçt: stipolicy@stepi.re.kr

Tel: (82) 44 284 2450

 

Ətraflı məlumat vərəqəsi (faylı yüklə)

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

 

26.png
  • 12 Oktyabr 2015
  • 1029