Рейтинг@Mail.ru

İqtisadiyyata dair maraqlı faktlar və nümunələr

  • 25 Noyabr 2016

“Üçlü Spiral” anlayışı


 

Universitet (Elm) – sənaye – dövlət əməkdaşlığını xarakterizə edən “Üçlü Spiral” anlayışı 1990-cı illərdə Henri Etskauits (1993) tərəfindən daxil edilmişdir. 

 

Bu anlayış sənaye cəmiyyətindəki sənaye-dövlət hökmran anlayışından böyüməkdə olan bilik cəmiyyətindəki universitet (elm)-sənaye-dövlət üçlü əməkdaşlığına keçidi xarakterizə edir.   

 

Sahibkarlıq Universiteti isə “Üçlü Spiral” modelinin mərkəzi anlayışıdır.

 

Sahibkarlıq Universiteti biliyin istifadəsi və yeni biliklərin yaradılmasında fəal rol oynayır. Bu model innovasiyanın xətti modelinə nisbətdə daha interaktivdir.

 

Burada firmalar (özəl şirkətlər) özlərinin texnoloji səviyyələrini qaldırıraraq, təlim və biliyin paylanmasında daha yüksək səviyyələrə cəlb olunurlar.

 

Dövlətə gəldikdə isə o, ictimai sahibkar və yeni və böyüməkdə olan bazarın kapital investoru (Venture Capitalist) kimi iştirak edir. 

 

Universitetlərin əlaqələrinin inkişaf etdiyini nəzərə alsaq, onlar əqli mülkiyyətin ayrı-ayrı hissələrini birləşdirərək, onlardan birgə istifadə edə bilərlər. Bu zaman daxildəki prosesslərdən, habelə firmalar arası daxili əlaqələrdən, ənənəvi olaraq, rolunun olması düşünülməyən universitetlərin də rolu ilə innovasiya genişlənir.

 

Akademik “üçüncü missiya” – tədris və elmi tədqiqat kimi ənənəvi missiyalarla yanaşı, sosial-iqtisadi inkişafda iştirak Sahibkarlıq Universitetində daha qabarıqdır.

 

Sahibkarlıq Universiteti həmçinin tələbələrə yeni ideya, bacarıq və sahibkarlıq istedadları ilə təmin etmək üçün genişləndirilmiş imkana sahib olur.

 

Tələbələr təkcə müxtəlif elmi, biznes, mədəniyyət və s. sahələr üzrə gələcəyin peşəkarları deyil, onlar həmçinin iqtisadi artımda və cəmiyyətin daimi ehtiyacı olan yeni iş yerlərinin yaradılmasındakı töhvələrilə kifayət qədər yüksək təhsilli və cəsarətli sahibkarlar, firma (şirkət) təsisçisiləri ola bilərlər. 


264.png
  • 25 Noyabr 2016
  • 1596