Рейтинг@Mail.ru

Əməkdaşlıq əlaqələri genişlənir

  • 16 Sentyabr 2015


Sentyabrın 16-da İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondunun (ECOSF) rəhbəri cənab Mansur Hüseyn Soomro ilə görüş keçirilmişdir.

 

Görüşdə İƏT Elm Fondunun rəhbərinə İnstitut haqqında ətraflı məlumat verilmiş, qonaq fəaliyyət istiqamətləri, görülmüş işlərlə tanış edilmişdir.

 

Görüşdə həmçinin Bakıda yaradılan İqtisadi Əməkdaşlıq Təşkilatı Tədqiqat Mərkəzinin (ECORC) fəaliyyətə başlaması istiqamətində atılacaq addımlar, İƏT üzv ölkələrinin müvafiq qurumları ilə qurulacaq əlaqələr geniş müzakirə edilmiş, birgə addımların atılması zərurəti vurğulanmışdır.

 


© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


27.png
  • 16 Sentyabr 2015
  • 1064