Рейтинг@Mail.ru

“Yol nəqliyyatının təhlükəsizliyi” mövzusunda təqdimat keçirilmişdir

  • 22 Sentyabr 2015


Sentyabrın 22-də İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Avropa Komissiyası tərəfindən maliyyələşdirilən TRASEKA proqramının “Yol nəqliyyatının təhlükəsizliyi” layihəsi çərçivəsində görülmüş işlərə dair təqdimat keçirilmişdir.

 

Tədbirdə layihə çərçivəsində ölkəmizdə səfərdə olan beynəlxalq ekspert cənab Alan Ross və layihənin əməkdaşı xanım Mariya İvçenko iştirak etmişlər.  

 

Cənab Ross təqdimatında yol təhlükəsizliyinin idarəolunması, koordinasiyası, maliyyələşdirilməsi və eləcə də, bu sahədə zərərin qiymətləndirilməsi kimi məsələlərin aktuallığını vurğulamaqla yanaşı, istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə, həmçinin post-sovet ölkələrində sahənin inkişafını təhlil etmiş, alınmış nəticələr barəsində iştirakçılara ətraflı məlumat vermişdir. Bununla yanaşı ekspert gələcəkdə sahə üzrə iqtisadi qiymətləndirmələrin aparılması üçün mövcud metodologiyanı İnstitutun əməkdaşlarına təqdim etmişdir.

 

Təqdimatda bu təcrübənin Azərbaycan iqtisadiyyatına tətbiqi imkanları barədə geniş fikir mübadiləsi aparılmışdır.

 

 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


28.jpg
  • 22 Sentyabr 2015
  • 1058