Cari ilin 26-28 aprel tarixlərində Bakıda "Kiçik
və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda təlim
keçiriləcəkdir.
Təlim İslam İnkişaf Bankının (IDB) İslami Tədqiqatlar və
Təlim İnstitutu (IRTI) və İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat
İnstitutunun potensialın artırılması istiqamətində 2014-cü ildən etibarən
davam etdirilən birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcəkdir.
Təlimin məqsədi iştirakçılara kiçik və orta sahibkarlıq müəssisələrinin
iqtisadiyyatın inkişafında rolu və bu müəssisələr üçün bank maliyyələşdirməsi
üzrə mühüm biliklərin verilməsi, habelə kiçik və orta sahibkarlıq
bankçılığından faydalanmaq üçün mühüm texniki vasitələr, islam maliyyəsi və
onun töhfəsi və İİB-nin ən yaxşı təcrübələrinə dair məruzələrin dinlənilməsidir.
Təlimdə həmçinin Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi və
onun risk faktorlarına dair təqdimat keçiriləcəkdir.
Təlimdə orta səviyyəli bank işçiləri, kiçik və orta
sahibkarlıq sahəsində çalışan ixtisaslı işçilər, pərakəndə, korporativ və
kredit şöbələrində çalışan, kiçik və orta sahibkarlıqla bağlı səlahiyyətə malik
və yaxud malik ola biləcək şəxslər, tədqiqatçılar, iqtisadi və maliyyə siyasəti
sahəsində çalışan mütəxəssislər iştirak edə bilərlər.
Təlimdə iştirak dəvət əsasındadır.
© İstifadə zamanı www.ier.az saytına istinad zərurirdir.