Рейтинг@Mail.ru

BTM-nin təşkilatçılığı ilə Regional Seminar və Forum keçirilmişdir

  • 05 Aprel 2017

28 və 29-31 mart tarixlərində Birləşmiş Millətlər Təşkilatı Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə könüllülük prinsipi əsasında 2017-ci il üzrə Milli Hesabatın Hazırlanmasına dair Regional SeminarDavamlı İnkişaf üzrə Asiya-Sakit okean Forumunun 4-cü sessiyası keçirilmişdir.

 

Hər iki tədbirdə ölkəmizi İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, Azərbaycanda DİM üzrə İqtisadi inkişaf və layiqli məşğulluq İşçi Qrupunun rəhbəri i.e.d., professor Vilayət Vəliyev təmsil etmişdir.

 

Regional Seminarda məqsəd könüllülük prinsipi əsasında 2017-ci il üzrə Milli Xülasələrin hazırlanması işinin gücləndirilməsində üzv dövlətlərin imkanlardan qarşılıqlı faydalanmasında dəstək, ölkələrin mövcud imkanları və ən yaxşı təcrübələrin öyrənilməsində regional mübadilə platforma olmuşdur. 

 

Martın 28-də keçirilən bir günlük Regional Seminarda Vilayət Vəliyev davamlı inkişaf məqsədləri üzrə 2017-ci il üzrə könüllü Milli Hesabatın hazırlanması üçün ölkəmizdə işlərin yüksək səviyyədə təşkil olunduğunu, dövlət – akademiya – özəl sektor – vətəndaş cəmiyyətinin bütün üzvlərinin bu prosesdə iştirak etməsi və davamlı olaraq, bu istiqamətdə müxtəlif səviyyələrdə görüşlərin, müzakirələrin təşkil olunduğunu, aidiyyati dövlət orqanlaının bu işə cəlb edildiyini, Dövlət Statistika Komitəsi və İqtisadiyyat Nazirliyi tərəfindən məlumatlar bankının yaradılması və analitik imkanların artırılması istiqamətində məqsədyönlü işlərin aparılmasını diqqətə çatdırmışdır.

 

V.Vəliyev yekun iclasa sədrlik etmişdir. O, davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üzrə bir sıra göstəricilərin qiymətləndirilməsi üzrə məlumat və metodoloji yanaşmaların mövcud olmaması səbəbindən sorğu və təsir analizlərinin aparılmasının vacibliyini qeyd etmiş, bu istiqamətdə Azərbaycanda məlumat bazasınn yaradılmas və model yaradıcılığı, eləcə də informasiya çatışmamazlığı şəraitində qərar qəbuletmə mexanizmlərinin işlənilməsində mükəmməl təcrübənin olduğunu iştirakçıların diqqətinə çatdırmışdır.   

 

"Dəyişən Asiya-Sakit okean hövzəsində yoxsulluğun ləğvi və rifahın təşviqi" mövzusunda müzakirəyə həsr edilmiş Forumda məqsəd UNESCAP tərəfindən cari ilin 10-19 iyul tarixlərində Nyu-Yorkda keçiriləcək davamlı inkişaf üzrə Yüksək Səviyyəli Siyasi Foruma hazırlıqdır.

 

Belə ki, Forum çərçivəsində 2030-cu il Davamli İnkişaf Gündəliyinin icrası ilə bağlı regional yol xəritəsi nəzərdən keçirilmiş, eyni zamanda Yüksək Səviyyəli Siyası Foruma hazırlıq məsələləri müzakirə edilmişdir.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 2-ci iclasında 2017-ci ilin iyul ayında Nyu-Yorkda keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum üçün BMT-nin müəyyən etdiyi tematik plana uyğun olaraq 6 DİM (1, 2, 3, 5, 9, 14-cü məqsədlər) və hər il nəzərdən keçiriləcək 17-ci məqsəd üzrə Aəzrbaycanın illik hesabatının hazırlanması qərara alınmışdır. 

 

Forumun plenar iclasında çıxış edən Vilayət Vəliyev Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli 1066 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradıldığını, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyi funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edildiyini, müvafiq işçi qruplarının yaradıldığını və bütün aidiyyati dövlət qurumlarının burada təmsil olunduğunu, BMT–nin Bakı ofisinin dəstəyi ilə müvafiq işlərin yerinə yetirildiyini, akademiya, gənclər, qadınlar, sahibkerlar və digər səviyyələrdə görüş və müzakiələrin aparılması, məqsədlər üzrə müvafiq planın və yerinə yetirilmə mərhələləri üzrə məlumatı forum iştirakçılarına çatdırmışdır.

 

Adı çəkilən Fərmanın icrası istiqamətində iqtisadiyyat nazirinin müvafiq əmri ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyin funksiyasının həyata keçirilməsi işlərinin inzibati koordinasiyası İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna tapşırılmışdır.




© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.  



291.jpg
  • 05 Aprel 2017
  • 1460