Aprelin 7-də Horizon 2020 çərçivəsində maliyyələşdirilən “EaP
PLUS” layihəsinin xətti ilə Brüsseldə Şərq Tərəfdaşlıq (EaP) ölkələrinin
nümayəndələrinin iştirakı ilə iclas keçirilmişdir.
Avropanın “Resurs və Enerji
Səmərəliliyi yolu ilə Davamlı İstehsal Sənayesi” (SPIRE) təşkilatının
dövlət-özəl əməkdaşlığının həyata keçirilməsi çərçivəsində keçirilən tədbirdə
məqsəd Şərq Tərəfdaşlıq (EaP) ölkələrinin nümayəndələri, siyasət qərarları
qəbul edənlərin iştirsakı ilə bu ölkələrdə enerji səmərəliliyi istiqamətində
milli təşəbbüslərin müzakirəsindən ibarət olmuşdur.
Tədbirdə açılış sözü ilə çıxış edən Avropa Komissiyasının nümayəndəsi cənab Tierry Devars Avropa Birliyi və Şərq Tərəfdaşlığı 4-cü Platforma
çərçivəsində elm, texnologiya və innovasiya, «Horizon 2020» çərçivəsində Şərq
Tərəfdaşlıq ölkələrinin iştirakı, xüsusilə sənaye yönümlü təşkilatların
iştirakına böyük marağın olduğunu bildirmiş, iştirakçılardan öz ölkələrində
müvafiq sahədə fəaliyyət göstərən qurumların layihələrə cəlb edilməsi işinə
dəstək göstərmələri tövsiyyə etmişdir.
Daha sonra “CeRISS”in rəhbəri cənab George Bonas və “SPIRE”nin
icraçı direktoru xanım Angels Orduna təqdimatlarla çıxış edərək, Şərq
Tərəfdaşlıq PLUS (EaP PLUS) layihəsi və “SPIRE”nin təşəbbüslərinə dair
dinləyicilərə ətraflı məlumat vermişlər.
Şərq Tərəfdaşlıq (EaP) ölkələrində enerji səmərəliliyi üzrə milli
təşəbbüslərin dinlənildiyi paneldə Azərbaycanla yanaşı, Gürcüstan, Ermənistan, Belarusiya,
Moldova və Ukraynadan nümayəndələr təqdimatla çıxış etmişlər. Sonda Şərq
Tərəfdaşlıq (EaP) və “Resurs və Enerji Səmərəliliyi yolu ilə Davamlı İstehsal
Sənayesi” (SPIRE) təşəbbüsü çərçivəsində potensial əməkdaşlıq imkanları və
istiqamətlər müzakirə edilmişdir.
Qeyd edək ki. tədbirdə ölkəmizi İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Marketinq və koordinasiya şöbəsinin müdiri Aynurə İsmayılova təmsil etmişdir.
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.