Рейтинг@Mail.ru

İqtisadiyyata dair maraqlı faktlar və nümunələr

  • 14 Aprel 2017

Dünyanın ən çox qloballaşan ölkələri

 

2013-cü il KOF Qloballaşma Göstəricisi (KOF Index of Globalization) görə dünyanın ən çox qloballaşan ilk beş ölkəsi Belçika (92.30), İrlandiya (91.79), Niderland (91.33), Avstriya (89.48) və Sinqapurdur (88.89).

 

Başqa sözlə dünyanın ən çox qloballaşan ölkələri reytinqində ən yuxarı pillələri əsasən Avropa ölkələri tutur.

 

Sözü gedən reytinqə əsasən 2013-cü ildə Türkiyə  43-cü, Qazaxıstan 82-ci, Azərbaycan isə 86-ci yerdə cəmləşmişdir. Belə ki, reytinq cədvəlinin ən sonuncu ölkəsi 187-ci yerdə Cənub-Şərqi Asiya dövləti olan Şərqi Timordur (Timor-Leste).      

 

KOF Qloballaşma Göstəricisi (KOF Index of Globalization) İsveç İqtisadiyyat  İnstitutu (KOF Swiss Economic Institute) tərəfindən tərtib olunur.

 

2002-ci ildən etibarən illik əsasda hazırlanan KOF Qloballaşma Göstəricisində dörd istiqamət üzrə tədqiqat aparılır: (1) siyasi, (2) iqtisadi, (3) sosial və (mədəni) prosesslərin öyrənilməsi.

 

Dünyada bu və yaxud digər ölkənin inteqrasiya miqyasının ölçülməsi və onun digər ölkələrlər müqayisəsinə imkan verən bu göstəricinin müəyyən edilməsi çərçivəsində aparılan tədqiqatlarda ixtiyari ölkə üzrə ümumilikdə 24 göstərici qlobal inteqrasiyanın 3 əsas qrupunda cəmləşdirilir ki, onlar (1) iqtisadi qloballaşma, (2) sosial qloballaşma və (3) siyasi qloballaşmadır.

 

Göstəricinin məlumat bazası Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya Birliyi, digər beynəlxalq təşkilatlar və statistika qurumlarından istifadə edilməklə formalaşır.

  

Mənbə: http://gtmarket.ru/ratings/kof-globalization-index/info

 

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.  


294.png
  • 14 Aprel 2017
  • 1950