Рейтинг@Mail.ru

İqtisadiyyata dair maraqlı faktlar və nümunələr

  • 19 Aprel 2017

«Dünya İqtisadi Forumu» nədir?

 

          «Dünya İqtisadi Forumu» İsveçrəli, iqtisadiyyat sahəsi üzrə professor Klaus Martin Şvab tərəfindən təsis edilmiş özəl fonddur.

 

          İlk dəfə «Avropa İdarəetmə Forumu» (European Management Forum) adlandırılmış, daha sonra 1987-ci ildə dəyişdirilərək, «Dünya İqtisadi Forumu» adlandırılmışdır.

 

          Qurumun məqsədi əhəmiyyətli şirkət (müəssisə) rəhbərlərinin, siyasi şəxslərin regional, qlobal iqtisadi gündəmə yön verilməsini təmin etməkdir.

 

1971-ci ildə (bundan 46 il əvvəl) təsis edilmişdir.   

 

«Dünya İqtisadi Forumu» hər il bir qayda olaraq, yanvar ayının sonlarında İsveçrənin Davos şəhərində keçirilir.   

 

Fond onun üzvü olan 1000-dək şirkətlər, sənaye sahəsindən və regiondan asılı olaraq, illik dövriyyəsi orta hesabla 5 milyard ABŞ dollarından çox olan qlobal sahibkarlar vasitəsilə maliyyələşdirilir.

 

2011-ci ildə illik üzvlük haqqı fərdi üzv üçün 52,000 ABŞ dolları, “Sənaye Tərəfdaşı” üçün 263,000 ABŞ dolları, “Strateji Tərəfdaş” üçün isə 527,000 ABŞ dolları təşkil etmişdir. Bununla yanaşı, quruma giriş haqqı adambaşına 19,000 ABŞ dollarıdır.

 

2014-cü ildə Fond “Strateji Tərəfdaş”lar üçün illik üzvlük haqqını orta hesabla 20% qaldırmışdır ki, bu da ABŞ dolları ekvivalentində 628,000 təşkil etmişdir.  

 

Qurumun 2017-ci ildəki “Cavabdeh və Məsuliyyətli Rəhbərlik” (Responsive and Responsible Leadership) mövzusunda iclası 17-20 yanvar tarixlərində keçirilmişdir. 

 

Ümumilikdə iclasda 2500-dək biznes liderlər, beynəlxalq siyasi liderlər, iqtisadçılar və jurnalistlər dörd gün boyunca dünyanın qarşılaşdığı məsələlər ətrafında geniş müzakirələr aparmışlar.  

 

Mənbə: https://en.wikipedia.org/wiki/World_Economic_Forum

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.  


295.jpg
  • 19 Aprel 2017
  • 1462