Рейтинг@Mail.ru

Texniki Təlim Mərkəzi (TTG) ilə görüş keçirilmişdir

  • 24 Aprel 2017

Yüksək texnologiyaların sürətli inkişafı və  dinamik bazarların son dərəcədə sürətlə dəyişən dünyada işçi heyətin, habelə, peşəkarların daim öz bacarıqlarının təkmilləşdirilməsi, yeni texnologiyalar, standartlar və tənzimləyici normalarla inkişafının yüksəldilməsi vacibdir.

 

Xüsusi təlim və dəstək alan işçi heyətin üzvləri özlərinin peşəkar inkişafında daha çox həvəsləndirilmiş, öz vəzifə və öhdəlikləri ilə fəxr edir, daha səriştəli, bilikli və məhsuldar olurlar.

 

Bu istiqamətdə qonşu Gürcüstanın təcrübəsi və texniki imkanlarından istifadə istiqamətində işlər aparılır. Cari ilin aprel ayından etibarən Gürcüstan vətəndaşları Avropaya vizasız gediş-gəliş həyata keçirir ki, bu isə birgə əməkdaşlıq imkanlarının genişləndirilməsinə şərait yaradır.

 

Əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə 21-22 aprel tarixlərində Tbilisi şəhərində “TTG”-nin direktorlar şurasının üzvləri ilə keçirilən görüşdə prioritet səhalər üzrə ixtisaslaşmış təlimlərin keçirilməsi, beynəlxalq norma və tələblərə uyğun olaraq, sertifikatlaşdırma mexanizmlərinin tətbiq, habelə, Avropa Birliyinin layihələrində birgə iştirak imkanları müzakirə edilmişdir.

 

Görüşdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Marketinq və koordinasiya şöbəsinin müdiri Aynurə İsmayılova iştirak etmişdir.   

 


 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir. 

 

296.jpg
  • 24 Aprel 2017
  • 1287