Рейтинг@Mail.ru

"Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda təlim keçirilir

  • 26 Aprel 2017

Aprelin 26-da Bakı şəhərində İslam İnkişaf Bankı (IDB) İslam Tədqiqatlar və Təlim İnstitutunun (IRTI) təşəbbüsü İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə əməkdaşlığı və təşkilatçılığı çərçivəsində "Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda təlim öz işinə başlamışdır.

 

Orta səviyyəli bank işçiləri, kiçik və orta sahibkarlıq sahəsində çalışan ixtisaslı işçilər, pərakəndə, korporativ və kredit şöbələrində çalışan, kiçik və orta sahibkarlıqla bağlı səlahiyyətə malik və yaxud malik ola biləcək şəxslər, tədqiqatçılar, iqtisadi və maliyyə siyasəti sahəsində çalışan mütəxəssislərin iştirakı üçün nəzərdə tutulan təlimdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları ilə yanaşı, dövlət və özəl sektorun, habelə, elmi-tədqiqat qurumlarının nümayəndələri iştirak edirlər.

 

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru i.e.d., professor Vilayət Vəliyev qonaqları salamladıqdan sonra iştirakçılara İslam İnkişaf Bankı (IDB) İslam Tədqiqatlar və Təlim İnstitutu (IRTI) və İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşlıq tarixinə dair ətraflı məlumat vermiş, 2014-cü ildən etibarən Azərbaycanda potensialın gücləndirilməsi istiqamətində aparılan işlərə görə İslam İnkişaf Bankına, eləcə də İslami Tədqiqatlar və Təlim İnstitutuna minnətdarlığını bildirmişdir.

 

İslami Tədqiqatlar və Təlim İnstitutunun nümayəndəsi cənab Mohammed Faisal Al-Saati öz növbəsində iştirakçıları salamlayaraq, birgə əməkdaşlığın zəruriliyini və gələcəkdə davam etdirilməsinin vacibliyini bir daha vurğulayaraq, təlim işində onlara uğurlar arzu etmişdir.

 

Aprelin 28-dək davam edəcək təlimdə kiçik və orta sahibkarlıq müəssisələrinin iqtisadiyyatın inkişafında rolu və bu müəssisələr üçün bank maliyyələşdirməsi üzrə mühüm biliklərin verilməsi, habelə kiçik və orta sahibkarlığın bank məhsullarından faydalanmaq üçün mühüm texniki vasitələr, islam maliyyəsi və onun töhfəsi, İİB-nin ən yaxşı təcrübələri, habelə Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, risk faktorları, onların qiymətləndirilməsinə dair məruzələr dinləniləcək, praktiki məşğələlər keçiriləcəkdir.

 

3 gün davam edəcək təlimdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu ilə yanaşı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Sumqayıt Kimya Sənaye Parkının, Azərbaycan İnvestisiya Şirkəti və Bakı Biznes Tədris Mərkəzinin, habelə, “DemirBank”, “Access Bank”, “Azərbaycan Beynəlxalq Bankı” və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətlərinin, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat və Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat institutularının nümayəndələri məruzələrlə çıxış edəcəklər. 

 

 

FOTO (1-ci hissə)

FOTO (2-ci hissə)


© İstifadə zamanı www.ier.az saytına istinad zərurirdir.


297.jpg
  • 26 Aprel 2017
  • 1437