2-5 aprel tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində 6-cı Latın
Amerikası Enerji İqtisadiyyatları Görüşü (6th
ELAEE) çərçivəsində Enerji
İqtisadçılarının Beynəlxalq Assosasiyasının (IAEE) Rəyasət Heyətinin İllik
Toplantısı və “Yeni Enerji Mənzərəsi:Latın Amerikaya təsirləri” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir.
Sözügedən tədbirlərdə
İqtisadiyyat Nazirliyi İqtisadi İslahalar Elmi Tədqiqat İnstitutunun direktoru i.e.d.,
professor Vilayət Vəliyev iştirak etmişdir.
Aprelin 2-də keçirilən
İllik Toplantıda IAEE-nin illik fəaliyyətinin hesabatı dinlənilmiş, cari il üzrə
planlaşdırılan işlər, eləcə də tədbirin təşkilinə dair cari vəziyyət, qurumun
Avroasiya regionunda fəaliyyətinin genişləndirilməsi, habelə, Qafqaz və Orta
Asiya (CCAEE) filialının yaradılması imkanları geniş müzakirə edilmişdir.
Daha sonra 3-5 aprel tarixlərində keçirilən Beynəlxalq Konfransda enerji
iqtisadiyyatları sahəsində məsləhətçilər, analitiklərlə yanaşı, elm, biznes,
siyasət qərarları qəbul edənlərin iştirakı ilə Latın Amerikasında enerji
problemlərinin müzakirə edildilişdir.
Qeyd edilmişdir ki, Latın
Amerikası neft-qaz, şist ehtiyatları ilə yanaşı yenilənə bilən enerji
resursları ilə zəngindir və mövcud resurs imkanı nəinki regionda, eləcə də
dünyada enerji tələb-təklifi və qiymət dəyişmələrində köklü dəyişikliklər əmələ
gətirmək gücündədir. Sözügedən istiqamətdə aparılan müzakirələrdə Azərbaycan və
Xəzərhövzəsi regionunun enerji potensialı üzrə müzakirələr aparılmışdır.
Enerji iqtisadiyyatları sahəsində
dünyanın aparıcı enerji məsləhətçilər və analitiklərilə yanaşı, elm, biznes,
siyasət qərarları qəbul edənlərinin iştirakı ilə köklü dəyişikliklərə məruz
qalan qlobal enerji senari və meyllərinin müzakirə edildiyi “Yeni Enerji Mənzərəsi: Latın Amerikaya təsirləri”
Beynəlxalq Konfransın plenar iclaslarında və 36 bölmə iclaslarında ümumilikdə
160-a yaxın məruzə dinlənilmiş, i.e.d., professor Vilayət Vəliyev “Bərpa oluna bilən enerji mənbələri və
elektrik enerjisi” bölməsinə sədrlik etmişdir.
Sahəsinin peşəkarlarından olan
IAEE-nin elmi-texniki tədbirlərində fəal iştirak və səmərəli əməkdaşlıq
analitik imkanların genişləndirilməsi, çap materialları, tədris vasitələri, məlumat
bazalarından və s. birgə faydalanmağa geniş şərait yaradır.
Xatırladaq ki, i.e.d., professor V.Vəliyev 1994-cü ildən etibarən qurumla fəal əməkdaşlıq edir və hazırda IAEE-nin MDB ölkələrilə fəaliyyətinin genişləndirilməsi istiqamətində yaxından iştirak edir.
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.