Рейтинг@Mail.ru

İqtisadiyyata dair maraqlı faktlar və nümunələr

  • 03 May 2017

Dünya iqtisadiyyatına dair təəccüblü və maraqlı faktlar

 

1.  Afrikalı bir kişinin ömrünün davam etmə müddəti orta hesabla 43,4 ildir ki, bu da dünyada ən aşağı həddir. Zimbabvedə qadınlar təqribən 43,8 il ömür sürürlər. Yapon qadınları isə bundan təqribən iki dəfə çox orta hesabla 86,2 il ömür sürürlər. Bir cırtdan dövləti olan Andorrada isə kişilər 80,3 ilədək ömür sürürlər.


2.     Venesuella dünyada ən çox piyvə sevənlərin vətəni hesab edilir. Belə ki, bu xalq ildə adambaşına 83 litr pivə istehlak edir.


3.     Gündə 8,1 ədəd olmaqla Yunanlar dünyanın ən çox siqaret çəkənləri hesab edilirlər.


4.     Kişilər arasında işsizlik səviyyəsi subaylar üzrə 8,4% olduğu halda, evli olanlar üzrə 4,9% təşkil edir.


5. Beynəlxalq Energentika Agentliyinin (International Energy Agency) məlumatlarına əsasən 2011-ci ilin nəticələrinə görə dünya hökumətləri tərəfindən mədən yanacağının çıxarılmasına sərf edilən subsidiyaların ümumi cəmi 409 milyard dollar təşkil etmişdir. Bunun İrlandiyanın ÜDM-dən təqribən iki dəfə çox olduğu müşahidə edilmişdir. 

  

6.     Məşğul əhalinin işsiz əhaliyə olan nisbətinin ən yüksək olduğu yer Kayman adalarıdır ki, bu nisbət 67,7% təşkil edir.


7.     100 nəfərə görə 94,3 olmaqla Kanada ən böyük fərdi komyuter istifadəsinə malikdir. Danimarkada insanlar daha çox geniş zolaqlı internetdən istifadəyə üstünlük verirlər ki, bu isə hər yüz nəfərə 35,9 istifadəçidir.  


8.     Çin ildə 270 ton olmaqla daha çox qızıl istehsal edir.


9.     İnsan kapitalının inkişaf indeksinə görə həyatın ən yüksək keyfiyyəti səviyyəsi 100 üzərindən 96,8 ilə İslandiyaya məxsusdur.


10. Ən qorxusuz maşın sürücüləri Qatardadır. Belə ki, bu olkədə yol qəzalarında hər 100 min nəfərə düşən yaralıların sayı 9,989, ölənlərin sayı isə 33 nəfərdir.


11. Ən çox turist qəbul edən ölkə kimi Fransada bu rəqəm 2007-ci ilin nəticələrinə əsasən 81,9 milyon nəfər təşkil etmişdir.


12. Hesablamalara görə Çində tətbiq edilən “bir ailə bir uşaq” modelinin nəticəsində 2016-cı ildən etibarən bu ölkədə əmək resursları əhəmiyyətli dərəcədə azalmağa başlayacaq.



Mənbə: http://news.eizvestia.com/news_abroad/full/12-udivitelnyh-i-interesnyh-faktov-o-mirovoj-ekonomike

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir. 



299.png
  • 03 May 2017
  • 2067